APA ev almaq üçün 12 jurnalist müəyyənləşdirdi – KİMLƏR?

“Mənim məlumatıma görə Qan Turalı başqa bir layihədə işləmək üçün saytdakı vəzifəsindən ayrılıb. Onun evlə bağlı iddiasının, hətta haqqı və ehtiyacının da olması mümkündür. Təəssüf ki, Qan Turalının iş stajı hazırda KİV DF tərəfindən müəyyənləşmiş kriteriyalara uyğun deyil”.

Qafqaznews.az xəbər verir ki, bu sözləri xural.com-a “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı yazıçı Qan Turalının istefası və ev məsələsiylə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, özü nə ev tələbində olmayıb, nə də şirkət daxilində evlərin müəyyənləşdirilməsində rol almayıb. Hər şeyi əməkdaşların özlərinin öhdəsinə buraxıb və seçimi də onlara həvalə edib:

“Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) kriteriyaları açıqlamasından sonra “APA Holding”ə daxil olan üç qurumda APA İnformasiya Agentliyi, Lent.az və vesti.az saytlarında redaksiya iclasları keçirilib. Kriteriyalara uyğun olan namizədlər arasından KİVDF-nin müəyyənləşdirdiyi say tərkibinə uyğun olaraq  6 nəfər APA-dan, hər birindən 3 nəfər olmaqla Lent.az və vesti.az saytlarından namizədlər müəyyənləşdirilib.
APA-dan müyyənləşdirilən namizədlər:  
Nurşən Quliyev – APA Agentliyinin baş redaktoru, KİV-də iş stajı 18 il, APA-da 13 il
Gülşən Hacıyeva – APA Agentliyində redaktor, KİV-də iş stajı 16 il, APA-da 13 il
İxtiyar Əsgərov – APAsport Agentliyində baş redaktor, KİV-də iş stajı 13 il, APA-da 13 il
Ülkər Qasımova – APA-da mədəniyyət yazarı, APA TV-də baş prodüsser, KİV-də iş stajı 15 il, APA-da 13 il
İlkin Əhmədov – APA-Ekonomiks-də redaktor, KİV-də iş stajı 10 il, APA-da 3 il
Hafiz Heydərov – APA İnformasiya Agentliyində müxbir, KİV-də iş stajı 12 il, APA-da 12 il
Lent.az-da müəyyənləşdirilən namizədlər:
 
Qabil Abbasoğlu – Lent.az saytında baş redaktor, KİV-də iş stajı 25 il, lent.az-da 10 il
Kəmalə Quliyeva – Lent.az saytında redaktor, KİV-də iş stajı 22 il, APA-da 4 il, lent.az-da 4 il
Nizam Rza – Lent.az-da müxbir, KİV-də iş stajı 10 il, Lent.az-da 7 il
Vesti.az-da müəyyənləşdirilən namizədlər:
Zaur Nurməmmədov – Vesti.az saytının baş redaktor müavini, KİV-də iş stajı 15 il, 3 il APA-da, 7 il vesti.az-da
Fərid Teymurxanlı – Vesti.az saytının redaktoru, KİV-də iş stajı 14 il, vesti.az-da 7 il
Vüqar Həsənov – Vesti.az saytında müxbir, KİV-də iş stajı 10 il, vesti.az-da 8 il
 
“Ev bölüşümündə “mənə yaxın adamlar” olmayıb”
Siyahı redaksiyaların açıq iclasında formalaşıb. Mən həmin iclaslarda ümumiyyətlə iştirak etməmişəm. Bu siyahıda adı olanlar mediada hər kəsin tanıdığı, bioqrafiyasını bildiyi şəxslərdir. Onların arasında nəinki mənim qohumum, ümumiyyətlə, mənimlə eyni rayondan belə olan şəxs yoxdur. O ki qaldı, “mənə yaxın adamlar” məsələsinə, bu şirkətdə işləyən şəxslərin mənə, deməli, həm də şirkətə yaxın və doğma olmasından təbii məncə, heç nə yoxdur.
“Mən evə iddialı deyiləm”
Mənim özüm isə nə keçən dəfə, nə də bu dəfə namizədlər siyahısında olmuşam.
APA Holdinqdə kifayət qədər çoxlu tanınmış imzalar çalışır. Onlar Azərbaycan mediasının, həm də bu şirkətin inkişafına töhfələr vermiş, haqqı və ehtiyacı olan şəxslərdirlər. Lakin müəyyənləşmiş say həddi və qaydalara ən uyğun olan şəxslər kollektiv tərəfindən seçilərək siyahıya daxil edilib”.Xural.com

  DİGƏR XƏBƏRLƏR