Braziliyanın dövlət başçısı sabiq prezidentin impiçmenti üçün rüşvət veribmiş

Brazilyalı deputatlar prezident Mişel Temerin impiçmentinə çağırış edərək, uyğun sorğunu Aşağı Palatanın spikeri Rodriqu Maye göndəriblər.

Bildirilir ki, çağırışa səbəb sabiq dövlət başçısı Dilma Roussefin impiçmentinə təşəbbüs üçün Temerin Aşağı Palatanın spikeri Eduard Kunya ilə rüşvət şərtlərinin müzakirəsi barədə videoyazı olub.

Sorğu qəbul olunacağı təqdirdə xüsusi komissiya çağrılacaq.

Qeyd edək ki, Globo telekanalı braziliyalı biznesmenlərin Federal Ali Məhkəməyə yuxarıda sözügedən sövdələşmə barədə videoyazı göndərdiyi barədə məlumat yaymışdı.

Bildirilir ki, ehtimal olunan rüşvət məsələsində JBS SA kompaniyasının rəhbərləri Joesli Batiste və Vesli Batiste qardaşlarının adları çəkilir.

«Siz bunu (sirr kimi) saxlamalısınız, anladınız», denyə Temer videoyazıda bildirir. Məhz hansı informasiyanın gizlədilməli olduğu hələ ki, məlum deyil.

Videoyazı nümayiş olunandan sonra bir sıra deputat Braziliya Parlamentinin tərk edib, beləliklə də növbəti Parlament iclası təxirə düşüb.

  DİGƏR XƏBƏRLƏR