“Mən öz pulumu tələb edirəm”

Bir dəfə, daha doğrusu 2014-cü ilin fevral ayında o, mənə şəkillər göstərib demişdi ki, Almaniyaya ərinin yanına getmişdi və şəkillərdəki ərinin müalicə olduğu Almaniyadakı xəstəxanadır, guya əri əməliiyyat olunmalıdır, bahalı bərpa prosedurları lazım olduğu üçün çox pul tələb olunur.

Bunu mənə bildirən Elnarə Abdullayeva ərinin həyatının təhlükə qarşısında olduğunu və “Əgər əməliyyat olmazsa ərim ölə bilər” deyib məndən pul istədi. Mən onun sözlərinə inanıb ona borc olaraq 7150 manat və 500 dollar pul verdim. O, hər dəfə mənə ərinin müalicəsi ilə əlaqədar pulun vacib lazım olduğunu və ərinin həyatının ölüm təhlükəsi qarşısında olduğuna məni inandırıb pul alırdı və əri sağalıb gələn kimi məndən almış olduğu pulların hamısını qaytaracağını vəd edirdi.

Elnarə Abdullayeva mən işlədiyim fitnes-kluba məndən qabaq gəlib-gedirdi və orada işləyənlərin hamısı onu yaxşı tanıyırdılar. O, bizə şəkillər göstərib deyirdi ki, bu onun Masazırda olan “villasıdır”. Bundan başqa o deyirdi ki, ərinin Sabirabad rayonunda 2 balıq vətəgəsi vardır.

2014-cü ilin aprel ayında Elnarə Abdullayeva məndən pul istəyəndə məndə pul olmadığı üçün onunla “Moskva” univermağına gedib özümün bir neçə qızıl-zınət əşyalarını satıb 650 (altı yüz əlli) manat pulu ona verdim. 2014-cü ilin may ayında isə Elnarə Abdullayeva yenə yalvararaq inandırıb məndən 11.000 (on bir min) manat, bir neçə vaxt sonra isə 5.000 (beş min) manat pul aldı. Daha sonra isə, Elnarə Abdullayeva yenə ona vacib pul lazım olduğunu bildirdi və mən onun yalvarışlarına inanıb, 30.08.2015-ci il tarixdə “İctimai İnkişaf” bankdan 3.000 (üç min) ABŞ dolları məbləğində pul götürüb Elnarə Abdullayevaya verdim.

Əvəzində isə banka bu günə qədər 4.000 ABŞ dolları qaytarmışam və yenə 2.000 ABŞ dolları məbləğində pul ödəməliyəm. Elnarə məndən 10 min manat dəyərində qızıl zinət əşyaları götürüb. O, hər dəfə məni inandırırdı ki, əri Almaniyada xəstəxanada müalicə alır və məndən aldığı pulları onun müalicəsinə yollayır. Sonradan mən başa düşdüm ki, Elnarənin danışdıqları hamısı yalan olub və bizi inandırmaq üçün bunları danışırmış ki, mən onun yalanlarına inanım və o istədiyi pulları məndən asanlıqla alsın.

2016-cı ilin yanvar ayına kimi mən onun telefonuna mesajlar yazırdım və Elnarə Abdullayeva hər dəfə müxtəlif bəhanələrlə məni aldadaraq məndən pulları və qızıl-zinət əşyalarımı qaytarmağı vəd etsə də heç nə qaytarmırdı. Sonralar mən onun anası, 6 №-li məktəbdə müəllimə işləyən Tuğbanı Nərimanov rayonunda yaşadığı ünvanda tapıb qızı Elnarə Abdullayevanın mənə qarşı etdiklərini danışdım.

Anası Tuğba məni inandırdı ki, qızı Elnarənin məndən aldadıb-aldığı pulları və qızılları mütləq qaytaracaqlar. O, mənə qəti söz verib yola saldı. Bu minvalla mən Tuğba ilə dəfələrlə əlaqə saxlasam da, o özü də hər dəfə məni bir bəhanə ilə aldatdı”.

Məlumat üçün bildirək ki, Elnarə Abdullayevanın anası Tuğba Abdullayeva müxbirimizə bildirib ki, Nazənin Məcidova sələmçidir və onun qızına faizə pul verib. 16 may 2017-ci il tarixdə Nazənin Məcidova Tuğba Abdullayevanın dedikləri ilə bağlı LEGİON-a açıqlama verib: “ Əgər mən həqiqətən də sələmçi olsaydım, faizə pul versəydim bunun şahidləri olardı. Nə Elnarə, nə anası Tuğba bir nəfər şahid göstərə bilməzlər ki, mən onun yanında Elnarə Abdullayevaya faizə pul vermişəm.

Ancaq Elnarə Abdullayevanın məni aldatmasının çoxlu şahidləri var. Elnarə dəfələrlə xəstə ərinin müalicəsinə kömək üçün məndən xahiş edib. Mən onun yalvarışlarına, göz yaşlarına inanmışam. Kaş inanmayaydım. O mənimlə yaxınlq etmək, dostluq etmək üçün hər yola əl atırdı, öz ağır taleyindən gileylənirdi. Xəstə ərinin müalicəsinə 300 min manat lazım olduğunu deyirdi.

Mən nə mümkündürsə, onun üçün etdim, borca girdim. İndi isə Elnarənin anası məni sələmçi adlandırır. Mən Tuğba Abdullayevanın yadına salmaq istəyirəm ki, qızının mənə yazdığı sms-lərdə məndən faizə deyil, böyük məbləğdə pul aldığı yazılır. Həmin sms-lərdə sələmdən söhbət getmir”.

Çingiz Rüstəmoğlu

LEGİON

Mövzu ilə bağlı linklər:

Əmlakı mənimsənilən vətəndaş nazir Ramil Usubova müarciət edir

“Mən dələduzluğun qurbanı oldum”

  DİGƏR XƏBƏRLƏR