Milli Məclis Aparatının rəhbərliyi dövlət avtomobil nömrələrinin alverində iştirak edirmi?

3 fevral 2015-ci ildə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov parlamentin iclasında DİN-in nümayəndəsinin nəzərinə çatdırıb ki, serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır: “Prezident Administrasiyasının nömrələri haradan başlayır, harada qurtarır. Məni maşına görə tanıyırsız.

Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin, deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” üzr istəyirəm, haradan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”. (musavat.com).

28 aprel 2017-ci ildə LEGİON saytında “Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..? Parlamentlə “Azər Türk Med” klinikası arasında “nömrə mübadiləsi” başlıqlı məqalə dərc olunub. Azər Əmirasanovla bağlı LEGİON-a daxil olan növbəti informasiya bir daha sübut edir ki, deputat oğlunun əli çox yerə, hətta Milli Məclisə də çatır.

Beləki LEGİON-a daxil olan məlumatdan bəlli olur ki, deputat oğlu atasının da üzv olduğu parlamentin maşın qarajına məxsus dövlət avtomobil nömrəsini “özəlləşdirib”.

Daha doğrusu, Əhliman Əmiraslanov öz deputat səlahiyyətlərindən istifadə edərək parlamentin maşın qarajına məxsus bir neçə avtomobil nömrəsini oğlu Azər Əmiraslanovun sahibi olduğu “Azər Türk Med” klinikasının balansına keçirib. (LEGION).

Biz parlamentə məxsus avtomobil nömrələrinin özəl sektora verilməsi ilə bağlı deputatların fikirlərini öyrənmək qərarına gəldik. Deputat Eldar İbrahimov bizə bildirdi ki, dövlət qurumlarına məxsus avtomobil nömrələrinin özəl şirkətə verilməsi ilə bağlı onda məlumat yoxdur. Milli Məclisin Avtomobil təsərrüfatı şöbəsinin rəisi Natiq Bayramov məlumatı nə təsdiq, nə də inkar edərək, onda bu barədə informasiya olmadığını qeyd edərək, Milli Məclisin mətbuat xidmətinə müraciət etməyi məsləhət bildi.

Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Mənzərə (soyadını demədi ) bizə bildirdi ki, parlamentə məxsus avtomobil nömrələrinin özəl şirkətə verilməsi ilə bağlı onda məlumat yoxdur: “ Məlumat hətta doğru olsa belə, mətbuat xidməti bunu mütləq bilməli deyil”.

Bakı Şəhər Yol Polisi İdarəsinin mətbuat katibi Vaqif Əsədov isə LEGİON-a bildirib ki, nəqliyyat vasitələrinin istifadə müddəti var: “ Bu müddət başa çatandan sonra qurum rəhbərinin razılığı ilə qeydiyyatda olan avtomobil başqa bir hüquqi şəxsə verilə bilər”.

 Məsələ ilə bağlı YUST hüquq şirkətinin baş direktoru Aqil Qəhrəmanovun fikirlərini öyrəndik. Baş direktor LEGİON-a bildirdi ki, Milli Məclis üzvlərinin , o cümlədən deputat Əhliman Əmiraslanovun da səs verdiyi “Yol hərəkəti qaydaları haqqında” Qanun var: “ Həmin qanunun 29-cu maddəsinin III bəndində qeyd olunur ki, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır”.

Qəhrəmanov onu da bildirib ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan və alan şəxsin razılığı ilə dəyişə bilər: “ Mən başa düşmürəm, məgər Əmiraslanovlar ailəsinin öz maraqlarına uyğun şəkildə dövlət avtomobil nömrərləri ilə bağlı sərəncam vermək hüququ var?” Qəhrəmanov avtomobilin istifadə müddəti ilə bağlı məsələyə də aydınlıq gətirdi: “ Avtomobil istifadə müddətini bitiribsə, satışa çıxarılır.

Aydınlaşdırmaq lazımdır ki, avtomobil dövlət nömrəsi ilə birgə satılıb? Əmiraslanovun da bir deputat kimi səs verdiyi mövcud qaydaya görə dövlət nömrəsi bir avtomobildən digərinə keçəndə dövlət rüsumu ödənməli və dəyəri 17 manat olan vəsiqə alınmalıdır. Müəyyən etmək lazımdır ki, Əmiraslanovlar parlamentə məxsus avtomobil nömrələrini əldə edəndə mövcud qaydalara riayət ediblər, yoxsa başqa yola əl atıblar”.

Çingiz Rüstəmoğlu

LEGİON

Mövzu ilə bağlı linklər:

Yol polisi özü özünü təkzib edir

Sənin adın nədir, cənab professor: Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN
Deputatın oğlu milyon yarıma “kollektor” xidməti göstərir?
Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – NÜANSLAR
Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD
Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər? – MARAQLI MƏQAMLAR(FOTO)
Əmiraslanov qardaşları ilə “Yeni Bakı”nı inşa edən Elnur Hüseynovu nə birləşdirir?
Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..? 

Mütəllibovçu Əhliman Əmiraslanov 1993-cü ildə mövqeyini necə DƏYİŞDİ..?

  DİGƏR XƏBƏRLƏR