Ucar sakini olan bir qrup qadın Ucar Su Kanal idarəsinin müdirindən birinci vitse-prezidentə şikayət edir

Ucar şəhər  sakini  olan bir qrup  qadın Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun  yaratdığı içməli su problemi ilə bağlı  mətbuat vasitəsi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirlər.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Ucar rayonu sakini olan bir qrup qadınlar tərəfindən

            ŞİKAYƏT

Ucar şəhərində günlərdi ki, içməli su kəsilib, verilmir. Səbəb kimi ana boruda qəza olması göstərilsə də əslində Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun kommersiya maraqlarına görə qəsdən sular kəsilib.Çünki içməli su Asif Şirinovun su maşınları ilə əhaliyə satılır. Asif Şirinov Ucar Su Knal İdarəsinə müdir vəzifəsinə təyin olunandan ucarlılara su zülümü yaşadır.Havalar istiləşən kimi müxtəlif bəhanələrlə suyu kəsib su satışına start verir. O qəsdən kanalizasiya suyunu içməli suya qarışdırılmasını təşkil edir ki, heç kəs istifadə etməsin və onun satdığı su alınsın.Görün bu  adam nə işlə məşğul olur.Bununla da  20.000 nəfərə yaxın əhalisi olan Ucar şəhər sakinlərinin həyatı təhlükədə qalır.İmkanı olanlar pul verib Asif Şirinovun satdığı suyu alıb işlədir.İmkanı olmayanlar isə uzaq məsafədən arxlardan əllərində qablarla su daşıyırlar.Biz mətbuat vasitəsi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik  bu cür qanunsuz işlərlə məşğul olan Ucar Su Kanal İdarəsinin  müdiri Asif Şirinov barəsində tədbir görülməsi haqda tapşırıq verəsiniz.

1.Məmmədova Tənzilə Baba qızı
2.Əliyeva Fatma Adil qızı
3. Salahova Şövkət Əli qızı
4.Abdullayeva Dursun Cmal qızı
5.Şükürova Nisə Dadaş qızı
6.Alıyev Vəsilə Zeynal qızı
7. Məmmədova Xədicə Kərim qızı
8.Hacıyeva Rəna Hüseyn qızı
9. Beydullayeva Gülbuta Fərhad qızı
10. Mayılova Mədinə Məhəmməd qızı
11. Ələkbərova Şamama Nuh qızı
12.Hüseynova Kütah Əvəz qızı

qafqazxeber.az

  DİGƏR XƏBƏRLƏR