Yol polisi özü özünü təkzib edir

28 aprel 2017-ci il tarixdə LEGION saytında “Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrələrini necə özününküləşdirib?” başıqlı məqalə dərc olunub. Məqalədə söhbət parlament ilə “Azər Türk Med” klinikası arasında avtomobil nömrələrinin “mübadiləs”sindən gedir. Daha konkret desək LEGİON-a daxil olan məlumatdan bəlli olur ki, Milli Məclisin üzvü Əhliman Əmiraslanovun oğlu, “Azər Türk Med” klinikasının rəhbəri Azər Əmiraslanov atasının imkanlarından istifadə edərək Milli Məclisin maşın qarajına məxsus avtomobil nömrələrini rəhbərlik etdiyi klinikanın adına keçirib. (LEGION).

Dövlət qurumuna məxsus avtomobil nömrələrinin özəl sektora verilməsi nə qədər qanunayuğundur..? Məsələ ilə bağlı Milli Məclisin üzvü Hadı Rəcəbli bildirdi ki, avtomobil nömrələrinin verilməsi yol polisi tərəfindən tənzimlənir: “ Avtomobil nömrələri həmişəlik deputatların adına verilmir. Siz yol polisinə müraciət edin”.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Kavkaznews.az-a bildirib ki, heç bir təşkilat xüsusi avtomobil nömrələrinə malik deyil: “ Milli Məclisin də xüsusi avtomobil nömrələri yoxdur. Ümumiyyətlə, avtomobil nömrələri bir hüquqi şəxsdən başqa bir şəxsə, hətta şəxsi şirkətə də verilə bilər”.

Dövlət Yol Polisi İdarəsi katibliyinin əməkdaşı Ağayev (adını demədi ) mətbuat xidməti rəhbərinin dediklərini inkar edərək LEGİON-a bildirdi ki: “ Hüquqi şəxsin adına olan dövlət nömrəsini necə kiməsə vermək olar?! Milli Məclis qanunverici hakimiyyətdir. Bu quruma məxsus avtomobillər operativ nəqliyyat vasitəsi kimi qeydiyyatdadır. Operativ nəqliyyat vasitələrinin siyahısını isə dövlət başçısı təsdiq edir. Dövlət avtomobil nömrələri konkret olaraq müəyyən struktura ayrılıb və əlbəttə şəxsi şirkətə verilə bilməz”.

Sənan Məmmədli

LEGİON

Mövzu ilə bağlı linklər:

Sənin adın nədir, cənab professor: Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?

Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN

Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..?

Deputatın oğlu milyon yarıma “kollektor” xidməti göstərir?

Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər? – MARAQLI MƏQAMLAR(FOTO)

Azər Əmiraslanov və Vüqar Cavadov iş adamına təzyiq edirlər? – NÜANSLAR

Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD

Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – NÜANSLAR

  DİGƏR XƏBƏRLƏR