Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

“Zəfəran Hospital”da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib.

azxeber.com-a  xəbər verir ki, modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.

Əməliyyatdan iki gün sonra – 25 iyun tarixində isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar olduğunu iddia edir.

  DİGƏR XƏBƏRLƏR