Evini yanğından xilas etmək istəyən kişi xəstəxanalıq oldu – VİDEO

Ağdam rayon sakini yanıq xəsarəti alıb.

ARB TV xəbər verir ki, hadisə ötәn gecә rayonun Quzanlı qәsәbәsindә qeydə alınıb.

Qəsəbə sakini Hafiz İbrahimov evindә baş verən yanğını söndürmәk istәyәrkən xәsarәt alıb. Ağdam Mәrkәzi Rayon Xәstәxanasına çatdırılan 34 yaşlı kişiyə 2-ci dәrәcәli yanıq xәsarәti diaqnozu qoyulub. Hadisә yerinә cәlb olunan yanğınsöndürmə briqadası yanğının digәr tikililәrә keçmәsinin qarşısını alıb.

Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli, iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə tamamilә yanıb.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR