İmişlidə dəhşətli yanğın ailənin bütün sərvətini kül etdi – VİDEO

İmişlidə yanğın olub.

ARB TV xəbər verir ki, dəhşətli yanğın hadisəsi İmişli rayonu Yalavac kəndində, İbrahimovlar ailəsinə məxsus evdə baş verib.

Alov qısa müddətdə ümumi sahəsi 142 m2 olan, 5 otaqlı tikilini cənginə alıb. Ailə üzvləri başqa yerdə olduqları üçün hadisədən gec xəbər tutublar.

Qəzənfər İbrahimov (ev sahibi): “Qısaqapanmadan yanıb. Evdə olmamışıq. Xəbər gəldi gördük ki, yanır. Yanğınsöndürənlər də gələnə kimi bu cür oldu. Evdə 28 min manat pul, gəlinlərin və yoldaşımın qızılları, mebellərimiz, oğlumun hərbi bileti yanıb”.

  DİGƏR XƏBƏRLƏR