Prezident Administrasiyasında yeni şöbələr yaradılıb

Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbə yaradılıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, şöbənin müdiri həm də prezidentin köməkçisi olacaq.

Bu posta hələlik təyinat olmayıb.

Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi də yaradılıb. Bu şöbəyə isə Yusuf Məmmədəliyev müdir təyin edilib.

  DİGƏR XƏBƏRLƏR