Qafqaz Xəbər Agentiyinin Baş direktoru Baş Prokuror Zakir Qaralova müraciət etdi

Cənab Baş Prokuror!

Baş direktoru olduğum Qafqaz Xəbər Agentliyi Bakı şəhər sakini Lalə Dadaşevanın müraciəti əsasında silsilə araşdırma yazıları dərc edib.
 
Məsələnin qısa məğzi belədir. Agentliyimizə ərizəylə müraciət edən Lalə Dadaşeva bildirmişdi ki, sabiq həyat yoldaşı, Rusiya vətəndaşı olan Araz Dadaşev onun etibarından sui-istifadə edərək onun adına olan ev, torpaq sahəsi, obyekt və s. kimi mülkiyyəti nikah dövründə mənimsəyərək, tələm-tələsik özünə yaxın şəxslərin adına “alqı-satqı” həyata keçirib. Və sonda 4 uşaq anası olan Lalə Dadaşeva A.Dadaşevin ondan boşanaraq onu və övladlarını evdən bayıra atdığını qeyd edib. Onun sözlərinə görə, nikah dövründə əldə edilmiş əmlakın bölgüsü barədə söz belə getməyib, çünki bütün mülkiyyət A.Dadaşevin hiyləgərliyi nəticəsində ona yaxın olan adamlara “satılıb”.
Vətəndaşın sözlərinə görə, ən dəhşətlisi odur ki, bu qanunsuz, hətta qeyri-insani əməli həyata keçirmək üçün Araz Dadaşova ədliyyə, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları da dəstək olublar. Belə ki, ərinin onu aldatdığını hiss edən Lalə Dadaşova ərinin adına verdiyi etibarnaməni ASAN xidmətdə ləğv etdirməsinə baxmayaraq 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov Lalə Dadaşovanın adına olan mülkiyyətlə bağlı alqı-satqı həyata keçirib.
Halbuki, qanunvericilik tələb edir: alqı-satqıdan əvvəl elektron məlumat bazasına mütləq baxılmalıdır. Yəni, vətəndaşın şikayətindən belə qənaətə gəlmək olar ki, notarius texniki səbəbdən deyil, məhz bilərəkdən, məqsədli şəkildə Lalə Dadaşevanın adına olan mülkiyyətin dədləduzluq yolu ilə mənimsənilməsinə şərait yaradıb.
Agentliyimizin əməkdaşları da bu məsələni araşdırıb və qarşı tərəf həyata keçirilən “alqı-satqı”nının qanuni həyata keçirilməsini heç bir şəkildə əsaslandıra bilməyib. Və dörd uşaq, bir ananın faciəsi də buradan başlayıb. Agentliyimizin apardığı araşdırma zamanı hüquqşünaslar, vəkillər, ekspertlər baş verənləri vəzifə cinayəti kimi səciyyələndirdiyi halda prokurorluq orqanlarının əməkdaşları bu boyda cinayət əməlini sadəcə “texniki xəta” adı altında ört-bastır etmişlər.
Konkret desək, notariusun əməli ilə bağlı Lalə Dadaşevanın Xəzər rayon prokurorluğuna müraciətinə baxan müstəntiq Zaur Ağakişiyev, demək olar ki, hüququ tapdanan qadını və 4 uşağı deyil, notariusu və onunla əlbir olan Araz Dadaşevi müdafiə edib. Lalə Dadaşevanın Xəzər rayon məhkəməsinə müraciəti də eyni sonluqla nəticələnib.
Cənab Baş Prokuror!
 
Tərəfimizdən aparılan jurnalist təhqiqatları göstərdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən qanunsuzluğa, başqasının əmlakının ələ keçirilməsinə nəinki göz yumurlar, hətta hansısa maraqlar naminə dəstək olurlar. Lalə Dadaşeva hüquq-mühafizə orqanlarına, mətbuata müraciətində keçmiş ərinin qatı-radikal dinçi-vəhabi olduğunu, bir çox dini qruplarla əlbir olduğunu dönə-dönə qeyd edir.
Əgər həqiqətən də belədirsə, görəsən ədliyyə, prokurorluq, məhkəmə orqanlarının əməkdaşları radikal dinçini niyə cidd-cəhdlə müdafiə edirlər?
 
Qeyd edək ki, Araz Dadaşevin özü də əməkdaşımızla söhbətində dünyəvi qanunları saymadığını, ancaq şəriətə inandığını vurğulamışdı.
 
Biz jurnalist kimi bitərəfliyi qorumağa çalışsaq da, A.Dadaşevin əməkdaşımızla söhbətdə tez-tez lənətləməsi, şəriətdən danışması onun radikal dini baxışları barədə təsəvvür yaratmağımıza kifayət etdi.
 
Cənab Baş Prokuror!
 
Biz bir media orqanı olaraq imkanlarımız daxilində məsələni ictimailəşdirdik, tanınmış hüquqşünasların, vəkillərin, ekspertlərin məsələ ilə bağlı rəylərini öyrəndik. Və mütəxəssislərin hamısı Lalə Dadaşovanın hüquqlarının pozuluduğunu bildrdilər. İndi bir azərbaycanlı ananın və 4 uşağın pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Prokurorluğun, şəxsən Sizin münasibət bildirməyinizin zamanı çatıb. Xahiş edirəm məsələ ilə bağlı konkret tədbir görəsiniz və bu barədə medianı da məlumatlandırasınız.
Hörmətlə, Mahmud Rasimoğlu Tağıyev
Qafqaz Xəbər Agentliyi
Mövzuya aid linklər:

 

İstintaq ictimaiyyəti aldadır ..?

 

Tərlansan göydən enməzsən..?

“Notarius vəzifə cinayəti edib”

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir – VİDEO

Baş Notariat idarəsi istintaqı ifşa etdi..?


“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius məsuliyyətə cəlb olunmalıdır”

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”

Prokurorluq notariusa havadarlıq edir..?

4 uşaq anası təhlükəli Azərbacan vəhabiləri ilə bağlı Prezidentə ŞOK müraciət etdi

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir -VİDEO

  DİGƏR XƏBƏRLƏR