Şəhid ailəsi Prezidentdən kömək istəyir

Redaksiyamıza şəhid ailəsinin müraciəti daxil olub. Müraciəti xırda ixtisarla dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

surəti: Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya
Ucar rayonu, Dədə Qorqud yaşayış məhəlləsi, ev 7 , mənzil 8 ünvanda yaşayan şəhid anası Ələkbərova Şahnaz Abbas qızı tərəfindən

Şikayət

Hörmətli Prezident! Hörmətli Mehriban xanım!

Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, Ucar Rayon İcra Hakimiyətinin sabiq icra başçıları Arzu Qafurov və Yaşar Məmmədov şəhid ruhuna hörmətsizlik ediblər.

Belə ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsinə 2008-ci il tarixdə dayanmışam. Həmin vaxt növbəm 54-cü sırada idi.Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən mənə cavab verilib ki, siz 2008-ci il tarixdə yox, 2015-ci il tarixdə ev növbəsinə qeydə alınmısınız. İndi başa düşmüşəm ki, Ucarın sabiq icra başçısı, hazırda Qubada icra başçısı işləyən Yaşar Məmmədov məni aldadıb ev növbəsinə qeydə aldırmayıb. Bu açıq-aşkar qanunsuzluqdur ki, bunu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu Yaşar Məmmədov edib.

Mənim oğlum Məhəmməd Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, bir oğlum Fətəli 1-ci qrup Qarabağ müharibəsi əlilidir, iki oğlum isə Qarabağ müharibəsi iştirakçılarıdır , həyat yoldaşım Mehdi Ələkbərov isə Böyük Vətən müharibəsi iştirakçısı olub. Qardaşım Rəsulov Qadir Abbas oğlu Qarabağ müharibəsində şəhid olub.Özüm qəhrəman anayam 14 uşaq anasıyam. İndi evsizliyə görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam. Çünki Ucar rayonunun Alpı kəndindəki evimiz iki otaqdan ibarətdir ki, iki oğlum ailəsi ilə orada darısqal şəraitdə yaşayırlar, digər oğlum Polad isə kirayədə yaşayır. Mən buna görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam. Bu şəhid ruhuna edilən hörmətsizlikdir. Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda şəxslərə həmin evlərdən mənzillər verib ki, bunun araşdırılması vacibdir. Çünki onlardan pul alıblar. Mənim isə bu korrupsionerə verməyə pulum yoxdur, halal adımız var. Bu korrupsiya cinayətidir və şəhid ruhuna hörmətsizlikdir. Bizim ailə vətənpərvər ailəsidir, buna görə fəxr edirik, qürur duyuruq.Bir dəfə keçmiş deputat Elton Məmmədov Ucarda ev orderləri paylayan zaman ondan bizim ailəyə də ev verilməsini xahiş etdim. O, “Məni bezdirmisiniz” deyib polis çağıtdırıb qolumu burdurub məni döydürdü. Allah da axırda Ziya Məmmədovu və yaxınlarını belə cəzalandırıdı.

Mən cənab Prezident İlham Əliyevə və Mehriban xanıma inanıram.İnanıram ki, bu şikayət ərizəmi öz şəxsi nəzarətləri ilə obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər və şəhid ailəsinə mənzil verilməsinə köməklik edəcəklər.

Hörmətli Prezident! Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm nümayəndənizi Ucar rayonuna göndərin gəlib yaşayışıma baxıb şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz və mənzillə təmin olunmağımıza yaxından köməklik göstərəsiniz. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm.

Oğlum Poladın əlaqə telefonu; (051) 347-62-53

Qafqaznews.az

 

  DİGƏR XƏBƏRLƏR