Samir Məmmədov ucqar kənd məktəblərində sürətli internetdən danışırdı – 2-ci hissə

Teymur Məmmədovun toyunda köhnə şəriklər bir araya gəldi

Akif Çovdarovla bağlı medianı kimlər yoluna qoyur ?

Bu gün uzun müddət Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin ( TSİİ ) rəisi işləmiş Samir Məmmədovun bir neçə il əvvəl verdiyi müsahibəsi diqqətimizi cəlb etdi.

 

Cənab Samir Məmmədov öz müsahibəsində qeyd edir ki, məqsədimiz yaxın vaxtlarda ölkəmizin ən ucqar kənd məktəblərində belə sürətli internet şəbəkəsinin qurulmasına nail olmaqdır.

Sözün düzü, bu sözləri oxuyanda istər-istəməz düşünməli olursan ki, bu adamlar cəmiyyətin gözünün içinə nə qədər yalanlar danışıblar.

Axı, heç kimə sirr deyil ki, bu gün nəinki ucqar kəndlərdə, hətta ölkənin paytaxtı Bakı şəhərində keyfiyətli və sürətli internet xidmətindən danışmaq olmur. Amma Samir Məmmədov bir neçə il əvvəl ucqar dağ kəndlərindəki internet şəbəkəsindən basıb-bağlayıb.

 

Əslində bunların məqsədi interneti ucqar kəndlərimizə qədər uzatmaq deyildi, məqsəd dövlətin ayırdığı milyonları mənimsəmək idi.

Ümumiyyətlə, köhnə müsahibələrə, açıqlamalara baxanda adam təəssüf edir. Həmin dövrlərdə Samir Məmmədovla Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasovun verdiyi açıqlamalar sanki eyni mətbəxdə hazırlanırdı.

Əli Abbasov da Samir Məmmədov kimi ucuz internet xidmətindən, kompüterləşmədən, hətta süni milli peykimizdən bəhs edirdi.

 

Bəli, kompüterləşmə, informasiya texnologiyaları məsələsində Əli Abbasovla Samir Məmmədov eyni ələ oynayırdılar və demək olardı ki, şərik idilər.

Bu şəriklərin ikisi də MTN genaralları ilə bağlı dalğada vəzifəsindən uzaqlaşdırıldı. Əli Abbasov nazir postundan, Samir Məmmədov isə nazirliyin idarə rəisi postundan uzaqlaşdırıldı.

Əli Abbasov keçmiş MTN nazirindən qorxduğunu və aylıq xərcinin 300-400 min dollar arasında olduğunu öz müsahibəsində qeyd edir.

 

Soruşan yoxdur ki, hər ay 300-400 min dolları hara xərcləyirdin..?

Samir Məmmədov da keçmiş MTN generalı Akif Çovdarovla yaxın qohum olmasının xeyrini çox görüb.

Məlumat üçün qeyd edək ki, Samir Məmmədovun əmisi, “Sevimli Dad” şirkətinin sahibi Murad Məmmədovla Akif Çovdarov qudadır.

Ümumiyyətlə, məktəblərin kompüterləşməsi dövlət proqramı Məmmədovlar üçün əsl gəlir mənbəyi olub.

Söhbət digər Məmmədov – bu maxinasiyalarda yaxından iştirak etmiş Samir Məmmədovun əmisi oğlu Emil Məmmədovdan gedir.

 

Ölkə məktəblərinin kompüterləşməsi üçün elan edilən “qrant-tender müsabiqələrinin yeganə qalibi”, “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyinin sədri Emil Məmmədov olub. Bu əmioğlular dövlətin ayırdığı 30 milyon vəsaiti dədə malı kimi bölüşdürüblər.

Əlbəttə bu işdə keçmiş təhsil naziri Misir Mərdanovun və sabiq nazir Əli Abbasovun öz xüsusi payları olub.

Samir Məmmədov yuxarıda qeyd etdiyimiz müsahibəsində dönə-dönə vurğulayır ki, 4500-dən artıq orta məktəbdə kompüterlər tez-tez yenilənməlidir.

Deməli, hər dəfə kompüterlər yenilənəndə Məmmədovlar qrantları yenidən udmalı, öz köhnə kompüterlərini yeniləməli və pul qazanmalıdırlar.

 

Bu məsələdə Əli Abbasov və nazir müavini İltimas Məmmədov da şərik olmalıdırlar.

Onu da qeyd edək ki, əslində məktəblərdəki kompüterlərin yenilənməsi deyiləndə, söhbət Əli Abbasovla Samir Məmmədovun şərikli işlətdikləri “KÜR” kompüterlərini yenidən satılmasından və dövlət vəsaitinin mənimsənilməsindən gedir.

Ümumiyyətlə, orta məktəblərin kompüterləşməsi adı altında böyük bir şəbəkə fəaliyyət göstərib. Həmin şəbəkənin əsas fiqurlarını Samir Məmmədovun qardaşı Teymurun toyundakı şəkildə bir arada görmək olar.

 

Bəli, Ağ Saray şadlıq sarayında keçmiş dostlar, Əli Abbasov, Misir Mərdanov, İltimas Məmmədov, hazırda həbsdə olan Vidadi Zeynalovu qolboyun görmək olar.

Yəni bu şəbəkə yenə də iş başındadır. Hazırda Samir Məmmədovun qazandığı milyonları qardaşı Teymur Məmmədov tikinti biznesinə yönəldib. Və hazırda qardaşlar Abşeron rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında tikinti kompleksi inşa etdirərək satışa çıxarıblar.

 

Bəli, MTN generalı Akif Çovdarov həbsxanada olsa da onun qohumları Samir Məmmədov, Teymur Məmmədov , Emil Məmmədov, Murad Məmmədov öz biznes imperiyalarını davam etdirilər.

Hətta Akif Çovdarovla bağlı mətbuatda gedən aqressiv yazıların “yumşaldılmasında” Məmmədovların xüsusi rolu var. Bilənlər bilir ki, bu məqsədlə mətbuatla işləyən Samir Məmmədov və generalın oğlu Ruslan Çovdarov olub.

Bu barədə növbəti yazıda bəhs edəcəyik.

Anar Asimoğlu

365info.az

Mövzuya aid link:

  DİGƏR XƏBƏRLƏR