“Ultel”in rəhbəri Əliqiyam Əsgərovdan Prezidentə şikayət

Aprel döyüşlərində yaralanan hərbçinin atası Prezidentə və Birinci Vitse Prezidentə müraciət edib.

Qafqazxeber.az olaraq müraciəti olduğu kimi dərc eddirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya

Aprel döyüşlərində yaralanan hərbiçi əlil Əzimov Xəyal Elşad oğlunun atası, Əzimov Elşad Yusif oğlu tərəfindən

Ultel şirkətinin rəhbərliyi Əsgərov Əliqiyam Əlisafa oğlu barədə

Şikayət Ərizəsi

Hörmətli cənab Prezident, Hörmətli Birinci Vitse Prezident!

Mən 2003-cü ildə oğlum Əzimov Xəyalla yaşadığımız evimizi satıb Nərimanov rayonu Aşıq Molla Cümə 25 ünvanında 23 kv metr sahəsi olan yarızirzəmi almışdım ki, orada bir iş qurub çörək pulu qazanım. Sonra məlum oldu ki, obyektin sənədləri saxtadır. Özəlləşdirmək istəyəndə isə oğlum Əzimov Xəyal aprel döyüşlərində yaralandı və mən əlimdə olan pulu xərcləyəsi oldum. Sonra həmin obyekti Ultel şirkəti Əmlak Komitəsiylə birləşib özəlləşdirdi. Ümumiyyətlə, topladığım məlumatlara görə Ultel şirkəti Əmlak Komitəsində işləyən bir qrup şəxslərlə əlbir olub rüşvət müqabilində çoxlu sayda obyektləri özəlləşdiribdir. Bu obyektlərdən biri də mənimkidir. Hazırda Bakıda biz qalmışıq evsiz- eşiksiz.

Ultel şirkətinə mətbuat vasitəsilə və birbaşa xahiş məktubu yazsam da müsbət bir addım atılmadı. Həmin xahişdə mən qeyd etmişdim ki, oğlum Xəyal aprel döyüşlərində iştirak edib heç olmasa buna qiymət verin. Lakin Ultelin rəhbərliyi xüsusən də Əliqiyam müəllim heç nəyi nəzərə almadı. Əksinə mənə hədə- qorxu gəldi ki, Ulteli və məni mətbuata versəniz səni tutduracam. Mənə hələ bir dəfə Xətai polisindən zəng vurub hədə-qorxu da gəliblər. Əliqiyam müəllim kimi şəxslər milyonçu olduğu üçün bəlkə də oğlunu əsgərliyə belə getməyə qoymayıb yanında saxlayıb. Ona görə də oğul yaralanmasının nə olduğunu çətin ki anlaya bilə. Toxun acdan nə xəbəri misalı burada yerinə düşür. Mən kasıb olduğum üçün obyektim də əlimdən getdi, oğlumda yaralandı.

Hörmətli cənab Prezident, Hörmətli Birinci Vitse Prezident!

Xahiş edirəm Ultel rəhbərliyinə, xüsusən də Əliqiyam müəllimə bizim hüquqlarımızı nəzərə almağı tapşırasınız. Təşəkkür edirəm öncədən!

Elşad Əzimov. 25.06.2017

Tel 055 764 5989

Qafqazxeber.az

  DİGƏR XƏBƏRLƏR