Vladimir Putin şəxsi aşpazının ad gününü qeyd edəcək

Rusiya Prezidenti Vladimir Putin şəxsi aşpazı Yevgeni Priqojinin ad gününü qeyd edəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Bu gün Putinin aşpazının doğum günüdür. Putin bu gün bunu qeyd edəcək”, – D.Peskov deyib. Qeyd edək ki, ötən ilin dekabrında ABŞ Ukraynada baş verən hadisələr və Krımın anneksiyası ilə əlaqədar rəsmi Moskvaya qarşı sanksiyalar siyahısını genişləndirib. ABŞ-ın sanksiyasına tuş gələnlər arasında Yevgeni Priqojin də var.(“Report”)

  DİGƏR XƏBƏRLƏR