30 ilə yaxındır şəxsiyyətini təsdiq edən sənədi ala bilmir – VİDEO

Bakı sakini Südabə Nəsibova 30 ilə yaxındır sənədsizdir.

Xezerxeber.az-ın məlumatına görə, o, illərdir şəxsiyyətini təsdiq edən sənəd almaq üçün bir çox qurumlara müraciət edib, amma nəticəsi olmayıb.

Südabə Nəsibova 1988-ci ildə Qərbi Azərbaycandan Bakıya köçməyə məcbur olub. Köç ərəfəsində isə pasportunu itirib. Elə həmin tarixdən bugünədək şəxsiyyətini təsdiq edən sənədi ala bilmir.

Südabə Nəsibovanın sözlərinə görə, bu illər ərzində müraciət etmədiyi dövlət orqanı qalmayıb. Əvvəlcə sənədlərinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib, onlar bəzi sənədlər istəsələr də, yenə məsələ həllini tapmayıb.
55 yaşlı müsahibimizin sözlərinə görə, sonda o, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edib. Amma bu müraciət də nəticə verməyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müaraciət etdik. Nazirlikdən bildirildi ki, vətəndaşın problemi tezliklə araşdırılacaq və sənədinin alınması istiqamətində lazımi tədbirlər görüləcək.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR