Çarığını yırtma, Mətanət !

Artıq cəhd çarıq yırtar, Elxan Bəşirov

Söhbət hansısa Mətanət xanımdan deyil, “Mətanət A” şirkətindən gedir.

Mətbuatda dərc olunan məqalələrdən diqqətli oxuculara məlumdur ki, QAFQAZ XƏBƏR AGENTLİYİNİN Kavkaznews.az və Qafqaznews.az saytlarında “Mətanət A” şirkətinin sabiq əməkdaşı “Qarabağ Müharibəsi veteranı” Fəxri İsmayılovun bu şirkətdən şikayətləri ilə bağlı bir neçə yazı dərc olunmuşdu.

İnsaf naminə qeyd edək ki, şirkətin sabiq satış meneceri əlində olan tutarlı faktlar və sənədlərlə şirkətdə baş verən maxinasiyaları, vergidən yayınmanı və digər pozuntuları sübut edirdi.

Hətta Fəxri İsmayılov şirkətdə işə düzələrkən onun əmlakının banka girov kimi qoyulmasını da sənədlərlə sübut edirdi.

Mətanət-A şirkətinin sahibi Elxan Bəşirov yazılanları özünə və şirkətinə qarşı böhtan hesab edərək QAFQAZ XƏBƏR AGENTLİYİNƏ və şikayətçi Fəxri İsmayIlova qarşı:

Xətai rayon məhkəməsində qaldırdığı iddiada təkzib verilməklə üzr istənilməsi, maddi və mənəvi ziyana görə 2.000 000 ( iki milyon ) manat məbləğində təzminat tələb edirdi (hakim Namidar Misirzadə);

Nərimanov rayon məhkəməsində Fəxri İsmayılovun Cinayət Məcəlləsinin 147.1 və 147.2 (böhtan) maddələri ilə məsuliyyətinə cəlb olunması barədə (hakim Rəşad Abdulov);

Nizami rayon məhkəməsində Fəxri İsmayılovun Cinayət Məcəlləsinin 147.1 və 147.2 (böhtan) maddələri ilə məsuliyyətinə cəlb olunması barədə (hakim Rauf Əhmədov);

Nizami rayon Polis İdarəsinə və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov şəxsən şikayətlər edərək guya Fəxri İsmayılovun onu ölümlə hədələdiyini bildirmişdi. Lakin onun şikayətləri əsassız olduğu üçün polis tərəfindən rədd edilmişdir.

Biz bir xəbər agentliyi olaraq dəfələrlə şirkətin rəhbərliyinə bildirdik ki, biz şikayətçinin rəsmi müraciəti əsasında yazıları dərc etmişik və qarşı tərəfin də mövqeyini işıqlandırmışıq.

Ancaq şirkətin rəhbəri Elxan Bəşirov öz hikkəsindən və aqressiyasından əl çəkmək istəmədi.

Biz hətta ona yumşaq şəkildə Mətanət-in şpaqat açmasını yarızarafat yumorla çatdırdıq ki, müdriklər demişkən, gücün çatmayan daşdan yapışma zora düşərsən…

Xətai, Nərimanov və Nizami rayon məhkəmələri məsələyə obyektiv və ədalətli baxaraq şirkət rəhbərinin iddialarının qanunsuz və 2.000 000 pul tələbinin əsassız olduğu üçün rədd etdilər.

Bununla kifayətlənməyən şirkət rəhbəri Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 29 iyunda Elxan Bəşirovun apelyasiya şikayətinə baxaraq qərar qəbul edib: “Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin” (hakim Fuad Talışinski).

Hə, indi deyəsən Elxan Bəşirov Ali Məhkəməyə müraciət etməyə hazırlaşır.

Sonda isə “Qarabağ Müharibəsi veteranı” Fəxri İsmayılovun öz müraciətlərindən sitat gətirək: “…rəhbərlik etdiyi şirkətin “əliqabarlı fəhləsi”nin, yəni mənim işləyib qazandığım və sənədlərlə sübuta yetirdiyim haqlı tələbimin əvəzində hüquq-mühafizə orqanlarına mənim barəmdə əsassız olaraq şikayət etdiyini dərk edən Elxan Bəşirov “Mətanət A” şirkətinin mənə borclu qaldığı və sənədlərlə sübuta yetirdiyim 4.500 manat məbləğdə maaşımın, “qara mühasibatlığın” “10 qəpiklik bonus”adlanan hesabında olan 610 manat pulumun, “depozit” adlanan hesaba toplanmış 13.634 manat pulun, məndən nəğd alıb notariusa verdikləri 150 manatın və sonradan mənim maaşımdan təkrarən tutulan 150 manat zəhməthaqqımın, “Mətanət A” şirkətinin tələbi ilə banka girov qoyulan mənzilimlə əlaqədar banka ödəmiş olduğum 525 manat (qəbzlər üzrə) və 830 manat (qəbzlə) mənzilin sığortası üçün ödətdirdikləri pullarımın “Mətanət A” şirkətnin direktoru Bəşirov Elxan Hidayət oğlundan alınıb mənə verilməsini…”.

Bu haqlı tələbə nə deyirsiniz, cənab Bəşirov? Haqq nazilər, üzülməz…

Axı, biz sizə şpaqat açmağın cana ziyanı və faydaları barədə xeyli məsləhətlər verdik, cənab Elxan Bəşirov.

Amma siz yersiz iddialarınızdan və hikkənizdən əl çəkmək istəmirsiniz.

Bu dəfə sizə şpaqat-filan, daş qaldırmaq-zora düşmək kimi məsləhət vermək fikrində deyilik.

Sadəcə, bir atalar sözünü də sizin yadınıza salmaq istəyirik:

“Artıq CƏHD çarıq yırtar”. Çarığını yırtma, Mətiş…

Sənan Məmmədli

QAFQAZXEBER.AZ

Bir şirkətin ( qalanın ) sirri… Yaxud Mətanət “şpaqat” açır
“Mətanət A” şirkəti ilə bağlı dəlil-sübutlar –Fotofakt 
“Mətanət A” şirkətinin “qara mühasibatlıq” sənədləri məhkəməyə təqdim olundu-FOTOSƏNƏD
 
“Mətanət A”nın daha bir sabiq əməkdaşı depozit olduğunu təsdiqlədi – FOTOFAKT
 
“Mətanət A” şirkəti jurnalistdən və sabiq işçisindən 2 milyon manat tələb edir – ABSURD
 
“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?
 
“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?
 
Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir
 
“Mətan
ət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD 
““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”
 
““Mətanət A” mənim mənzilimi banka girov qoydu”
 
Mətanət A”nın “saxta” dediyi sənəd həqiqi çıxdı?-ARAŞDIRMA

  DİGƏR XƏBƏRLƏR