Məhkəmə “Yapı Kredi Bank”ın iddiasını rədd etdi – ƏDALƏTLİ QƏRAR

Nərimanov Rayon Məhkəməsində baş tutan bu proses Azərbaycanda müstəqil məhkəmənin mövcudluğunu bir daha təsdiqlədi.

03 İyul 2017-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin yeni binasında hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında “Yapı Kredi Bank”ın “Qafqaz Xəbər Agentliyi” MMC-yə qarşı iddiasına baxılıb.

Xatırladaq ki, “Yapı Kredi Bank” onun barəsində “Qafqaz Xəbər Agentliyi” tərəfindən yayılan məlumatların həqiqətə uyğun olmaması və işgüzar nüfuza zərər vurulması iddiası ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdi.

Həmçinin, iddiada maraqlı məqam odur ki, “Qafqaz Xəbər Agentiyi”nin “Facebook” səhifəsindəki paylaşımlarla bağlı olan iddia ərizəsində aidiyyatı olmayan Məmmədov Araz Kərəm oğlunu da cavabdeh kimi cəlb etmişdir.

“Qafqaz Xəbər Agentliyi” dəfələrlə media ekspertlərinin bu məsələ ilə bağlı fikirlərini dərc edib.

“KİV haqqında Qanun”da dəqiq göstərilib ki, hər hansı bir yazı ilkin mənbəyə istinadla verilibsə, agentlik heç bir məsuliyyət daşımır.

Bank nümayəndəsi nə qədər əksini sübut etməyə çalışsa da, sonda ədalət qələbə çalıb və Hakim Abbas Əliyev, Qafqaz Xəbər Agentliyinin yayımladığı yazılarda “KİV haqqında Qanun”un tələblərini pozmadığına əsaslanaraq Bankın iddasını rədd etmişdir.

Ədalətli qərara görə, Qafqaz Xəbər Agentliyinin kollektivi adından hakim A.Əliyevə minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, “Yapı Kredi Bank Azərbaycan” rəhbərliyi də öz absurd iddialarından birdəfəlik əl çəkəcək və müstəqil mətbuata düşmən kimi baxmağa son verəcək.

Sənan Məmmədli

Qafqazxeber.az

  DİGƏR XƏBƏRLƏR