“Qafqaz Xəbər” qəzeti təsis olundu

Qəzet yaxın vaxtlarda nəşrə başlayacaq

Milli Mətbuat bayramı ərəfəsində, daha dəqiq desək, 20.07.2017 – ci il tarixində “Qafqaz Xəbər” adlı yeni qəzet təsis olunub.

Məlumat üçün bildirək ki, “Qafqaz Xəbər Agentliyi” MMC-nin təsisçi olduğu “Qafqaz Xəbər” qəzeti hal- hazırda Qafqazxeber.az internet portalı kimi fəaliyyət göstərir.

Yeri gəlmişkən, qeyd edək ki, “Qafqaz Xəbər Agentliyi” bir neçə ildir fəaliyyət göstərir. Agentlik fəaliyyətə başlayanda Qafqaznews.az və Kavkaznews.az saytları kimi fəaliyyət göstərmiş və xeyli sayda vətəndaşların sosial problemin həllinə nail olmuşdur.

Bu yaxınlarda Qafqaznews.az saytı adını dəyişərək Qafqazxeber.az kimi fəaliyyətini davam etdirir.

Onu da bildirək ki, “Qafqaz Xəbər” qəzeti yaxın zamanlarda nəşr olunmağa başlayacaq.

Əminik ki, qəzet mətbuat sahəsində vətəndaşların sosial problemlərinin həll olunması yönündə öz sözünü deyəcək və media bazarında nüfuz sahibi olacaq.

QAFQAZXEBER.AZ

 

  DİGƏR XƏBƏRLƏR