Rusiyanın “Xlebnaya” və “Russkiy Kalibr” araqlarını ölkəmizdə kimlər saxtalaşdırır

Azərbaycanın tanınmış iş adamlarından biri 10 ildən artıqdır ki, Rusiyadan ölkəmizə spirtli içkilərin, daha dəqiq desək araq idxalı ilə məşğul olur.

Əlbəttə, hər bir vətəndaşın biznes fəaliyyəti ilə məşğul olması, yeni iş yerlərinin açılması, dövlət büdcəsinə vergi ödəməsi və s. təqdirə layiqdir.

Ancaq bütün idxal prosesi şəffaf olmalıdır. Həm də nəzərə almalıyıq ki, söhbət spirtli içkilərin idxalından gedir.

Ona görə də bu tip məsələlərdə mətbuat özü də diqqətli olmalı və ən əsası istehlakçıların hüquqlarının qorunmasına çalışmalıdır.

Düzdür, ölkəmizdə istehlakçıların hüquqlarını qorumalı olan İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqları Dövlət Xidməti, eyni zamanda xeyli sayda QHT-lər fəaliyyət göstərir.

Amma istənilən halda ölkə başçısının “mənim köməkçilərim” adlandırdığı media mənsubları da istehlakçıların pozulan hüquqlarının bərpa olunması və problemlərin aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Sözün qısası, yuxarıda qeyd etdiyimiz kimi tanınmış iş adamlarından biri 10 ildən artıqdır ki, Rusiyadan ölkəmizə araq idxal edir.

Bizə daxil olan məlumata görə, bu şəxsin ölkənin iş adamlarına külli miqdarda borcu yaranıb.

Hətta Moskvada araq biznesi ilə məşğul olan azərbaycanlılara da bu şəxsin külli miqdarda borcu var.

Məsələn, Rusiyada araq biznesini quran iş adamlarına bu şəxsin 300 min ABŞ dollarından çox borcu yaranıb.

Əlbəttə, iş adamlarının borc altına düşməsi birinci dəfə deyil. Hətta ABŞ-ın indiki prezidenti cənab Tramp bir zamanlar öz biznes fəaliyyətində tam bankrot-müflis olmuşdu. Ancaq ağılla və bacarıqla bu vəziyyətdən çıxa bildi, hətta dünyanın ən varlı biznesmeninə çevrildi. Və sonda ABŞ-ın prezidenti oldu. Yəni biznes adamının müflis olması, borclu olması görünməmiş hal deyil. Ancaq bu vəziyyətdən necə çıxmaq maraqlıdır.

Haqqında danşdığımız şəxs isə borcdan qurtarmaq üçün tam fərqli bir yola əl atıb.

Belə ki, bu şəxs Rusiyadan idxal etdiyi “Xlebnaya” və “Russkiy Kalibr” araqlarının Azərbaycandakı gizli sexdə istehsalına başlayır. Və yerli gizli sexdə istehsal etdiyi malı xaricdən idxal etdiyi mallarla qarışdıraraq Bakıda şadlıq saraylarına Rusiya istehsalı adı ilə paylaşdırır.

Araşdırma zamanı bu şəxsin istehsal etdiyi saxta araqlara bir neçə şərab dükanlarında rast gəldik.

Şərab dükanlarında bizə bildirdilər ki, bu araqları Rusiya istehsalı adı ilə dükanlara həmin şəxs paylatdırır. O şəxsin adı bizə məlum olsa da hələ ki, araşdırmalarımız yekunlaşmadığı üçün onun adını oxuculara təqdim etmirik.

Biz bir neçə mağaza sahibləri isə söhbət edərkən onlar bizə etiraf etdilər ki, onlarda bu mallara şübhə yaranıb, onlar da düşünür ki, bu araqlar bizim ölkədə gizli sexlərin birində istehsal olunur.

Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, bu saxta araqlar Kürdəmir rayonunda gizli bir sexdə kustar üsulla hazrlanır. İri marketlər həmin şəxsdən bu araqların müvafiq sertifikat sənədini tələb etdiyinə görə o bu malları marketlərə verə bilmir. Ona görə də saxta araqları şadlıq saraylarına Rusiya istehsalı adı ilə paylaşdırır.

Haqqında bəhs etdiyimiz şəxs barəsində bir maraqlı məlumata da rast gəldik: Deməli, bu şəxs bir neçə il əvvəl tanınmış hüquq müdafiəçilərindən birini həbs etdirib.

Araşdırmamız davam edir, bizi izləyin

Sənan Məmmədli

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR