Tanınmış iş adamının obyektində ÖLÜM HADİSƏSİ – FOTO

Masallının Yeddi Oymaq kəndində ölüm hadisəsi baş verən asfalt zavodu “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur.

Report-un xəbərinə görə, zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstənaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR