Türkiyəli sürücü qardaş ölkənin Azərbaycandakı səfirindən kömək istəyir

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Erkan Özorala

Türkiyə Respublikasının vətəndaşı, “Özer Uluslararası Naqliyyat” şirkətinin sürücüsü Bülent Ənvər oğlu Öztürk tərəfindən

Müraciət

Cənab Səfir!

Mən Azərbaycan şirkəti olan “Rovel Trading”in Türkiyədən aldığı akkumlyatorları “Özer Uluslararası Naqliyyat” şirkətinin sürücüsü olaraq Azərbaycana daşıyıram.

Və hər dəfə eyni problemlərlə üzləşirik.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Baş Enerji Gömrük İdarəsi heç bir əsas olmadan bizi günlərlə, bəzən həftələrlə gecikdirir, bu azmış kimi mənə hədə-qorxu gəlir, təhdid edir və sorğu-sual edirlər. Əslində qanunla 2 gün müddətində gətirilən mal sənədləşməli və biz sürücülər Türkiyəyə qayıtmalıyıq. Ancaq belə olmur.

Mənim “Rovel Trading” şirkətinin ünvanına Türkiyə Respublikasından 27.06.2017-ci il tarixdə gətirdiyim bir maşın akkumlyatorla bağlı bəyan edilmiş bütün sənədlər tam qanuni olaraq 29.06.2017-ci il tarixində Enerji Gömrük İdarəsinə təqdim edilib. Ancaq bugünədək sənədləşmə aparılmadığı üçün gətirilən mal Binəqədi gömrüyündə maşında saxlanılır və mən bir sürücü olaraq gözləməyə məcbur oluram. Mənim Türkiyədə ağır xəstəm var gedə bilmədim. Müqəddəs Ramazan bayramını ailəm ilə birgə qeyd edə bilmədim. Burda qaldığım günlərə görə mən maddi və mənəvi ziyan çəkirəm və s.

Cənab Səfir!

DGK sistemində baş verən bütün bu qanunsuzluqlarla bağlı Azərbaycan hökuməti ilə danışıb bizə qanuni kömək etməyinizi xahiş edirəm.

Hörmətlə,                         

Türkiyə Respublikasının vətəndaşı, “Özer Uluslararası Naqliyyat” şirkətinin sürücüsü  Bülent Ənvər oğlu Öztürk.

Qafqazxeber.az

İş adamı DGK məmurları ilə bağlı ölkə başçısına müraciət etdi

  DİGƏR XƏBƏRLƏR