750 manata dana aldı, 2 gündən sonra öldü – Vətəndaş pulunun geri qaytarılmasını tələb edir – VİDEO

Quba sakini bazardan 750 manata iribuynuzlu mal alıb. Ancaq 2 gün keçəndən sonra heyvan tələf olub. İndi o, heyvanı satan şəxsin onu aldatdığını deyir və pulunun geri qaytarmasını tələb edir. Bəs hüquqşunaslar belə vəziyyətdə nəyi tövsiyyə edirlər.

Vətəndaşın bazardan 750 manata aladığı iribuynuzlu mal 2 gün sonra tələf olub. Çarəsiz qalan bu şəxs satıcıdan pulun geri almaq istəyir.

Qubanın Əlibəyqışlaq kənd sakini Sahib Qədirov Xaçmaz bazarından, tanımadığı adamdan 750 manata iribuynuzlu mal alıb, yaşadıqları yerə Qubaya gətirib. Heyvan bir gün ot və su ilə qidalansa da sonradan bunların heç birini qəbul etməyib. Narahat olan heyvan sahibi dərhal kənddə yaşayan baytar həkimə müraciət edib. Həkim isə heyvanda 42- dərəcə qızdırma olduğunu deyərək ona iynə vurub. Səhəri gün heyvan ölüb.

İndi ziyana düşdüyünü deyən kəndli bazarda heyvanı satan şəxsi axtarıb tapıb və vəziyyəti ona danışıb.

Heyvanı satan şəxs Nadir Qədirov da bizimlə söhbətində dananın satılarkən xəstə olmadığını və buna görədə dəymiş ziyanı ödəməyəcəyini bildirir.

Məsələ ilə bağlı Sahib Qədirov polisədə şiakyyət edib. Hüquqşunas Kamandar Hüseynov deyir ki, satıcı heyvanı satarkən onun xəstə olduğunu bilib alıcıya deməyibsə o, məsuliyyət daşıyır və dəymiş ziyan geri qaytarılmalıdır. Bundan başqa, əgər müəyyən olunarsa ki, heyvan alıcının səhvi ucbatından tələf olub,bu zaman isə satıcı heç bir məsuliyyət daşımayacaq. Ümumilikdə isə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, canlı və ya cansız hər bir şey alındığı vaxtdan 14 gün ərzində geri qaytarıla bilər. Əvəzi isə tam şəkildə ödənilməlidir.xezerxeber

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR