Ali məktəblərə qəbulla bağlı nəticələr açıqlandı – ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ – YENİLƏNİB

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

***

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az-a verilən  məlumata görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR