Bakıda ağır qəza – 1 ölü, 3 yaralı

Avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Modern.aza verilən məlumata görə, nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR