Bakının “ağ ciyəri” yanıb kül oldu — Botanika Bağından ürəkağrıdan FOTOLAR

Paytaxtın “ağ ciyəri” hesab olunan Mərkəzi Nəbatat Bağındakı ağaclar qurumaq təhlükəsi ilə üzləşib.

“Ölkə.Az”-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində elmi-tədqiqat müəssisəsi olan bağda əkilmiş yüzlərlə şam və digər ağaclar hazırda qurumaq üzrədir.

Sahəsi 41,3 hektar olan ərazinin suvarma sistemi də sıradan çıxıb. Ona görə də parkdakı ağaclar xeyli vaxtdır ki, su üzünə həsrətdir. Nəticədə də yüzlərlə ağac məhv olmaq üzrədir. Hazırda ərazi çox baxımsız vəziyyətə düşüb.

Bakı şəhərinin yeganə Botanika bağındakı vəziyyəti əks etdirən fotoları sizlərə təqdim edirik.

Fotolar müəllifə məxsusdur.

QAFQAZXEBER.AZ







  DİGƏR XƏBƏRLƏR