BKK-nın tələbəsi indi də özünü taksi sürücüsü kimi təqdim edir

Xatırladaq ki, bir neçə gün əvvəl Qafqaz Xəbər Agentliyinin Facebook səhifəsinin inboksuna Huseyn Asgerov adlı feysbuk istifadəçisi təhdid xarakterli mesaj göndərmişdir.

Bu günlərdə bizə hədə-qorxu gələn həmin profilin sahibi yenidən səhifənin inboksuna yazmışdır. Həmin profil istifadəçisinin bizə ünvanladığı yeni mesajını olduğu kimi oxuculara təqdim edirik: “Salam, men ne xakerem nedeki kompyuterwik. Men taksi surucusuyem, senin seyfende mene gerek deyil”.

Çox güman ki, Hüseyn Asgerov adlı feysbuk istifadəçisinə bu sözləri yazmağı məcbur edən, onun bizə qarşı təhdidlərindən sonra, DİN rəhbərliyinə müraciətimiz olub.

Qeyd edək ki, QAFQAZXEBER.AZ saytında dərc olunan həmin mürciətdə bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinin eyni adlı feysbuk səhifəsi də mövcuddur və bu səhifənin on minlərlə izləyicisi var. Səhifədə QAFQAZXEBER.AZ və digər bir neçə saytların yazıları yerləşdirilir. Yazılardan başqa əyləncəli videoroliklər də səhifədə yerləşdirilir. Bir çox izləyicilər öz problemlərinin, bəzi tanınmış şəxslər isə öz tədbirlərinin işıqlandırılması üçün səhifənin inboksuna müraciət edir. Ancaq 04.08.2017- ci il tarixdə Hüseyn Asgerov adlı feysbuk istifadəçisi agentliyin feysbuk səhifəsinin inboksuna təhdid,hədə-qorxu formasında bir xəbərdarlıq göndərib: “Seyfenizde bir vidyo var onu silin, xeste oglan toyda yemek yeyerken cekilib. Bele weylere diqqet edin, yoxsa bu seyfeni o oglandanda beter wikest qoyaram”.

“Əlbəttə biz jurnalist olduğumuz üçün bu şəxslə maraqlandıq. Feysbuk profilinə baxanda gördük ki, onun bizə qarşı təhdidlərini qeyri-ciddi qəbul etmək olmaz. Çünki bu şəxs BKK (Bakı Kompüter Kollecinin) tələbəsidir. Və əgər o yazıbsa ki, sizin feysbuk səhifənizi şikəst edərəm, deməli bizə qarşı hər an təhlükə ola bilər, çünki bu adam mütəxəssisdir və haker hücumunun nə olduğunu gözəl bilir.

Sonra bu şəxs bizimlə əlaqə saxladı və yenə də bizi təhdid edərək bildirdi ki, əgər o video sizin feysbuk səhifənizdən yığışdırılmasa o bizim feysbuk səhifəmizi və saytlarımızı şikəst edəcək. Biz ona izah etmək istədik ki, Azərbaycan hüquqi dövlətdir və bu dövlətin mükəmməl qanunları var. Və əgər bu şəxsi bizim feysbuk səhifəmizdə hansısa video narahat edirsə, bununla bağlı məhkəmə orqanlarına müraciət etsin.

Ancaq o bizimlə telefon danışığının sonunda yenə də təhdidlə “baxarıq…” deyib, bizə hansısa təhlükənin baş verəcəyinin anons-unu etdi.

Bu adam sıradan biri olsaydı narahat olmazdıq, ancaq yüksək kompüter təhsili olan bu şəxs istənilən vaxt bizim fəaliyyətimizə əngəl ola, hətta daha ciddi problemlər yarada bilər. Ölkənin informasiya təhlükəsizliyinin qorunması isə hüquq mühafizə orqanlarının funksiyasına aiddir .

Bütün bunları nəzərə alaraq biz qərara qəldik ki, qoy bu şəxsin bizə qarşı etdiyi təhdidləri hüquq mühafizə orqanları araşdırsın”,- “Qafqaz Xəbər Agentliyi”nin Baş Direktoru Mahmud Rasimoğlu Tağıyevin daxili işlər naziri cənab Ramil Usubova müraciətində bildirilirdi.

İnsan sosial şəbəkədə nəyisə yazmazdan əvvəl fikirləşməlidir ki, mənim yazdığım təhdidə sabah hüquq mühafizə orqanlarında hüquqi qiymət verilə bilər.Yəni, etdiyi əməlin nəticəsini əvvəlcədən düşünməlidir.O bildirir ki, “kompyuterşik” deyil,amma onun Huseyn Asgerov adlı feysbuk profilində yerləşdirdiyi fotolardan belə qənaətə gəlmək olur ki, bu şəxs çətin ki, taksi sürücüsü ola.

Sadəcə olaraq bu məsələnin artıq hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını gördüyü üçün o özünü BKK-nın tələbəsi kimi yox, taksi sürücüsü kimi təqdim etməyə çalışır.

Sənan Məmmədli

QAFQAZXEBER.AZ

“Qafqaz Xəbər Agentliyi”nin rəhbəri Ramil Usubova müraciət etdi


  DİGƏR XƏBƏRLƏR