“Facebook”un xəbər lenti yeniləndi

“Facebook” dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər.

İKT.lent.az-ın məlumatına görə, 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır. Ancaq bu dəyişikliklər “Facebook” istifadəçiləri tərəfindən çox vaxt mənfi qiymətləndirilir.

Son olaraq tərtibatçılar parlaqlığı və mətnin şriftini yaxşılaşdıran yenilənmə aparıblar. Bu, istifadəçilərin xəbərləri daha asanlıqla oxumasına və gözlərinin daha gec yorulmasına şərait yaradacaq. Təkcə mətn deyil, “like” hissəsi də böyüdülüb.

İstifadəçilərin gözlədikləri əsas yenilənmələrdən biri isə profil fotolarının görünüşüdür. Bundan sonra onlar dairəvi olacaq.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR