HAKİMLƏ VƏKİLİN “HÜCUMUNA” MƏRUZ QALMIŞ BAŞ REDAKTOR 2-Cİ DƏFƏ FİKRƏT MƏMMƏDOVA MÜRACİƏT ETDİ

Məhkəmə-hüquq şurasinin sədri, Ədliyyə naziri cənab Fikrət Məmmədova

Ş İ K A Y Ə T

Binəqədi rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydərin qanunsuz hərəkətlərindən

Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri,

Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaratmışdır. İnternet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin vacib bir göstəricisidir.

Hakim Zeynalov Mirheydər 1(001)-312/2017 №-li iş üzrə 15 iyun tarixdən bu günə qədər keçirmiş olduğu 9 məhkəmə hazırlıq və 4 məhkəmə iclaslarında xüsusi ittiham qaydasında mənim barəmdə şikayətçi olan – Nort Vest Konstrakşn MMC-nin direktoru Bədəlov Elçin Tofiq oğluna himadəyarlıq və tərəfkeşlik etdiyini gizlətmədən, apardığı işi öz istədiyi istiqamətə yönəltmək üçün şikayətçinin vəkili Cavad Cavadovla birlikdə mənə təzyiq və psixoloji təsir göstərməkdən çəkinmirlər.

Belə ki:

  1. Mən faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11 №-li ünvanda yaşadığım üçün barəmdə olan xüsusi ittihamlı işin davam etdirilməsi üçün Xətai rayon Məhkəməsinə göndərilməsi barədə şifahi və yazılı olaraq hakimə vəsatətlə müraciət etmişdim. Dəfələrlə müraciət etsəm də bu günə qədər vəsatətlə bağlı mənə qərardad verilmədiyindən öz prosessual hüquqlarımdan istifadə etmək hüququndan mərhum olmuşam.
  2. Şikayətçi Bədəlov Elçin Tofiq oğlu hakimin təyin etdiyi 4 (dörd), yəni 15, 21, 29 iyun və 07 iyul tarixlərdə məhkəmə hazırlıq iclaslarının heç birinə gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə bildirməmişdir.

Bu barədə mən vəsatətlə hakimə müraciət edərək Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin Məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsaslarını nəzərdə tutan 43., 43.2. və 299.8. maddələrinə əsasən, xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulduğunu və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verdiyini rəhbər tutaraq 4 dəfə təyin olunmuş məhkəmə hazırlıq iclasına gəlməyən xüsusi ittihamçı Bədəlov Elçin Tofiq oğlunun şikayətindən imtina barədə qərar çıxarılmasını hakimdən xahiş etdim.

Hakim Zeynalov Mirheydər yenə vəkil Cavadov Cavadla birlikdə bu məsələni özünə məxsus qaydada “müzakirə edərək həll etdilər”, yəni hakim dedi ki, 21 iyun tarixdə o, xüsusi ittihamçı Bədəlov Elçinin ərizəsini elan edib. Halbuki, hakim həmin vaxt elan etiyi ərizə vəkil Cavadov Cavadın adından yazılmış olduğunu elan etmişdi və guya vəkil özü xarici dövlətdə olduğu üçün məhkəmə hazırlıq iclasına gələ bilmir. Lakin mən 07 iyul tarixdə yəni 4-cü məhkəmə hazırlıq iclasında yuxarıda göstərdiyim vəsatətlə müraciət edəndə həmin ərizə çönüb oldu Bədəlov Elçinin ərizəsi. Hətta belə olsa da, xüsusi ittihamçı Bədəlov Elçin  21, 29 iyun və 07 iyul tarixdə hakim tərəfindən təyin olunmuş məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün mənim vəsatətim qanuna əsasən olduğu üçün təmin olunmalı idi. Lakin vəkil Cavad Cavadov “QANUNDA YAZILMASA DA ICAZƏ VERILIR” deyə hakimə müraciət etdi və, hakim onunla razılaşdı.

Mənim vəsatətimlə bağlı mənə yenə qərardad verilmədiyindən öz prosessual hüquqlarımdan istifadə etmək hüququndan mərhum olmuşam.

  1. 24 iyul 2017-ci il tarixdə mən məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı Bədəlov Elçin Tofiq oğlunun şikayətinə əsasən 365İNFO.AZ saytında 17.06.2017-ci il tarixdə dərc edilmiş təkzib və üzr iztənilmə barədə yazının “skrenshop”unu və müvafiq məktubu hakimə təqdim etdim.

Hakim Zeynalov Mirheydər və vəkil Cavadov Cavad təqdim etdiyim təkzibi qəbul etsələr də, 365İNFO.AZ saytında dərc edilmiş yazıların ümumiyyətlə saytdan çıxarılmasını məndən təkidlə tələb etdilər. Mən cavabında onlara dedim ki, vəkil Cavadov Cavad vəsatətlə məhkəməyə müraciət etsin, hakim isə qərar qəbul etsin və mən onda yazıları çıxardaram.

Hakim Zeynalov Mirheydər dərhal mənə cavab verdi ki: “bu qanunsuzdur, mən belə qərar verə bilmərəm”. Mən onların hər ikisinə bildirdim ki, nə üçün məndən qanunsuz əməli tələb edirsiniz? Sualı verdim. Hakim isə cavab vermək əvəzinə fasilə verib məhkəmə hazırlıq iclasını saat 17-yə təyin etdi.

Və hakim Zeynalov Mirheydərin qanunsuz məhkəmə iclasları bu günə qədər müəmmalı şəkildə davam edir.

Sonuncu dəfə, 31 iyul tarixdəki  məhkəmə iclasında o, məhkəmə zalına bir vəkili dəvət edərək onun mənim hüquqlarımı müdafiə edəcəyini elan etdi və mənim fikrimi soruşdu. Mən hakimə bildirdim ki, mən əvvəlcədən demişdim ki, ali təhsilim var, mənim heç bir hüquqi yardıma və vəkilə ehtiyacım yoxdur və vəkildən imtina edərək lazım olmadığını bildirdim. Hakim Zeynalov Mirheydər isə mənə: “Sənə lazım deyil, mənə lazımdır! Otur!” deyə mənə əmr etdi. Mən isə vəkildən imtina etdiyimi iclasda susmaqla etiraz əlaməti olaraq hakimin nəzərinəçatdırdım. Hakim isə həmin vəkilə “işlə tanış olmaq üçün” vaxt verərək iclası təxirə saldı.

Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri,

Yuxarıda göstərdiklərimə əsasən, mən Binəqədi rayon məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun hərəkətlərini qanunazidd hesab etdiyim üçüçn onun sədrlik etdiyi məhkəmə iclaslarında iştirak etməldən imtina edirəm və bu barədə tədbir görülməsini bir jurnalist kimi Sizdən xahiş edirəm.

365info.az saytinin təsisçisi və baş redaktoru Qasimov Anar Asim oğlu

  DİGƏR XƏBƏRLƏR