Kömür mədənində partlayış, ölənlər var

Qazaxıstanın Karaqanda vilayətində kömür mədənində metan qazının qəfil partlaması nəticəsində azı 3 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Qazaxıstan daxili işlər nazirliyinin nümayəndəsi Ruslan İmankulov bildirib.

Onun sözlərinə görə, partlayış zamanı Şaxtinsk şəhərində yerləşən mədəndə ümumilikdə 136 şaxtaçı olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR