“Lukoil”in benzindaşıyan maşını ölüm saçdı – Bakıda “avtoş”luq – VİDEO

Yanacaq daşıyan avtomobilin sürücüsü təhlükə yaradaraq sürət həddini aşıb.

Bakıda “Lukoil” yanacaqdoldurma məntəqələrinə məxsus yanacaq daşıyan avtomobili idarə edən sürücü insanların həyatını təhlükəyə atıb. Hadisə avqustun 8-də “Dərnəgül yolu”nda – Ziya Bünyadov prospektində baş verib. Bu barədə Avtosfer.az-a oxucular videogörüntü göndərib. Videodan aydın olur ki, 10 ZH 844 dövlət nömrə nişanlı, yanacaq daşıyan yük avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü sağ-sol manevrlər edərək təhlükəli yerdəyişmələr edir, qəza şəraiti yaradır.

Ümid edirik ki, DYP və “Lukoil” rəhbərliyi yanacaq daşıyan avtomobili idarə edən sürücüyə insanların həyatı ilə oynamasının cəzasını verəcəklər.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR