Peruda zəlzələ: ölən və yaralılar var

Peruda baş verən 5,6 ballıq zəlzələdə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Arekipa departamentinin qubernatoru Yamilu Osorio bəyan edib.

Onun sözünə əsasən, ölümə səbəb yeraltı təkanların əmələ gətirdiyi torpaq sürüşməsi olub.

Y.Osorio həmçinin qeyd edib ki,  təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Avqustun 11-də Peruda 5,6 bal gücündə zəlzələ baş verib. Yyeraltı təkanların episentri Kamana şəhərindən 89 km şimal-qərbdə, ocağı isə 34 km dərinlikdə yerləşib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR