“Qəbələ” 3 xalı 1 qolla qazandı – VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Turun son qarşılaşması Qəbələdə baş tutub. İlk turda “İnter” üzərində səfər qələbəsi qazanan “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”a qələbə qazandıran qolu Tellur Mütəllimov vurub.

“Qəbələ” – “Sumqayıt” 1 – 0
Qol: Tellur Mütəllimov, 40

QAFQAZXEBER.AZ

xezerxeber

  DİGƏR XƏBƏRLƏR