“Qafqaz Xəbər Agentliyi”nin rəhbəri Ramil Usubova müraciət etdi

Cənab Nazir!

Bildirirəm ki, Qafqaz Xəbər Agentliyi 5 ilə yaxındır ki, fəaliyyət göstərir. Agentliyin fəaliyyəti vətandaşların sosial problemlərini ictimailəşdirməkdən və həllinə nail olmaqdan ibarətdir. Qafqaz Xəbər Agentliyi nüfuz qazandıqca dostları ilə barəbər düşmənləri də çoxalır. Bu agentliklə bir çox tanınmış imzalar əməkdaşlıq edir.

Məlumat üçün bildirim ki, Qafqaz Xəbər Agentliyinin eyni adlı feysbuk səhifəsi də mövcuddur və bu səhifənin on minlərlə izləyicisi var. Səhifədə qafqazxeber.az və digər bir neçə saytların yazıları yerləşdirilir. Yazılardan başqa əyləncəli video roliklər də səhifə də yerləşdirilir. Bir çox izləyicilər öz problemlərinin, bəzi tanınmış şəxslər isə öz tədbirlərinin işıqlandırılması üçün səhifənin inboksuna müraciət edir. Ancaq 04.08.2017- ci il tarixdə Hüseyn Asgerov adlı feysbuk istifadəçisi agentliyin feysbuk səhifəsinin inboksuna təhdid,hədə-qorxu formasında bir xəbərdarlıq göndərib. Yazını olduğu kimi təqdim edirik: “Seyfenizde bir vidyo var onu silin, xeste oglan toyda yemek yeyerken cekilib. Bele weylere diqqet edin, yoxsa bu seyfeni o oglandanda beter wikest qoyaram”. Əlbəttə biz jurnalist olduğumuz üçün bu şəxslə maraqlandıq. Feysbuk profilinə baxanda gördük ki, onun bizə qarşı təhdidlərini qeyri-ciddi qəbul etmək olmaz. Çünki bu şəxs BKK (Bakı Kompüter Kollecinin) tələbəsidir. Və əgər o yazıbsa ki, sizin feysbuk səhifənizi şikəst edərəm, deməli bizə qarşı hər an təhlükə ola bilər, çünki bu adam mütəxəssisdir və haker hücumunun nə olduğunu gözəl bilir. Sonra bu şəxs bizimlə əlaqə saxladı və yenə də bizi təhdid edərək bildirdi ki, əgər o video sizin feysbuk səhifənizdən yığışdırılmasa o bizim feysbuk səhifəmizi və saytlarımızı şikəst edəcək. Biz ona izah etmək istədik ki, Azərbaycan hüquqi dövlətdir və bu dövlətin mükəmməl qanunları var. Və əgər bu şəxsi bizim feysbuk səhifəmizdə hansısa video narahat edirsə, bununla bağlı məhkəmə orqanlarına müraciət etsin. Ancaq o bizimlə telefon danışığının sonunda yenə də təhdidlə “baxarıq…” deyib, bizə hansısa təhlükənin baş verəcəyinin anons-unu etdi. Bu adam sıradan biri olsaydı narahat olmazdıq, ancaq yüksək kompüter təhsili olan bu şəxs istənilən vaxt bizim fəaliyyətimizə əngəl ola, hətta daha ciddi problemlər yarada bilər. Ölkənin informasiya təhlükəsizliyinin qorunması isə hüquq mühafizə orqanlarının funksiyasına aiddir Bütün bunları nəzərə alaraq biz qərara qəldik ki, qoy bu şəxsin bizə qarşı etdiyi təhdidləri hüquq mühafizə orqanları araşdırsın.

Cənab Nazir!

Sizdən xahiş edirik yuxarıda qeyd etdiyimiz problemlə bağlı lazımi göstəriş verəsiniz, bizi təhdid edən şəxs məsüliyyətə cəlb olunsun

“Qafqaz Xəbər Agentliyi”nin Baş Direktoru Mahmud Rasimoğlu Tağıyev

QAFQAZXEBER.AZ


  DİGƏR XƏBƏRLƏR