Türkiyədə ağır qəza – 7 ölü, 20-dən çox yaralı

Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.azTürkiyə KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb.

Məlumata görə, işçiləri aparan traktor aşaraq dərəyə yuvarlanıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

Yaralılar xəstəxanalara yerləşdirilib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR