“YouTube”da xəbər xidməti işə salındı

“YouTube” xidməti yeni “Təcili xəbərlər” bölməsini istifadəyə verib.

İKT.lent.az-ın “Techcrunch.com” saytına istinadən verdiyi məlumata görə, yeni bölmə istifadəçi marağını artırmağa yönəlib. Belə ki, bir çox istifadəçi üçün bu gün “YouTube” bir videodan digər videoya aadlamaq üçün platformaya çevrilib. Lakin digər platformalarla müqayisədə YouTubeun xəbər lenti daha mürəkkəb hala gəlib. “Təcili xəbərlər” xidmətə maraqlı əlavə olacaq.

“YouTube” böyüdükcə, onun kontentinin mənbəyi tanınmış blogerlər olur. Bundan başqa, böyük miqdarda müəllif şərhləri olan kontentlər xüsusi populyarlıq əldə edib.

“YouTube” xidmətinin baş direktoru Süzan Voyçitski bildirib ki, 2017-ci ilin iyun ayında saytda rekord qeydə alınıb. Mobil telefonlardan 60 dəqiqə ərzində 1,5 milyard saat video izlənib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR