AĞDAŞDA ÖZBAŞINALIQ: KİRAYƏNİŞİN EV SAHİBİNİN TORPAĞINI ZƏBT EDİB, YERLİ MƏMURLAR DA ONA DƏSTƏK OLUB – SAXTA SƏNƏDLƏR

Fizuli İsmayılov: “Tezliklə dövlət sənədlərində saxtakarlıq edənlər və bu saxtakarlıqlara hansısa səbəbdən göz yumanlar, ikitərəfli işləyən vəkillər, ümumiyyətlə, bütün cinayətkar qrup öz cəzasını alacaq”

Ağdaş rayon sakini Fizuli İsmayılovun vərəsəlik yolu ilə sahib olduğu keçmiş ata-baba yurdu əlindən alınıb. Özü də Dövlət Əmlak Komitəsindən çıxarış ola-ola. Redaksiyamıza müraciət edən Ağdaş şəhəri, H.Əliyev prospekti, 81 A- ünvanında yaşayan Fizuli İsmayılov deyib ki, həyətin bir küncünü kirayə götürərək orada mağaza tikən şəxs – Məhərrəm Məmmədli15 ildən sonra birdən-birə kirayə haqqını ödəməkdən boyun qaçırıb.
Mülkiyyətçi Fizuli İsmayılov mağazanı işlədən M.Məmmədlidən haqqı olan kirayəni tələb etdikdə isə qarşı tərəf bundan imtina edib: “Mənə dedi ki, kirayəni vermirəm, get hara istəyirsən, şikayət et”. Sən demə Məhərrəm Məmmədli Ağdaş rayon bələdiyyəsinin köməyi ilə saxta sənədlər hazırlayıb. Ona görə, həmin sənədlərə güvənərək mənə pul ödəməkdən imtina edib”.
Mülk sahibi F.İsmayılov məsələ ilə bağlı məhkəməyə şikayət edəndə saxta sənədlərdən xəbər tutub: “Sənədlərdə adi gözlə görülən saxtakarlıqlar (imzalar, tarixlər, möhürlər və s) olub.
Amma nə hikmətdirsə, məhkəmənin hakimləri bunları görməyiblər. Bir il çəkən məhkəmə çəkişməsindən sonra hakim gülməli bir qətnamə qəbul edib. Qətnamənin qısa məzmunu belədir:
“Torpaq Fizuli İsmayılovundur, amma mağaza tikilən ərazi kirayəçi Məhərrəm Məmmədlinindir”.
Şikayətçi bildirib ki, rayonda özbaşınalıq o həddə çatıb ki, nə bələdiyyə, nə məhkəmə hakimləri, nə də icra hakimiyyətinin işçiləri Azərbaycan Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya göndərilmiş məktubları, Azərbaycan Respublikasının qanunlarını veclərinə alırlar, qulaqardına vururlar”. Məlumat üçün bildirək ki, zərərçəkmiş Fizuli İsmayılovun müxtəlif nazirliklərə dəfələrlə etdiyi şikayətlərdən sonra, vitse-prezident Mehriban xanım Əliyevanın Məhkəmə Hüquq Şurasına verdiyi tapşırıq yerli orqanları hərəkətə gətirib:
“Nəhayət ki, haqq-ədalət öz yerini tapdı. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası məsələni aydınlaşdırmaq üçün işə başlayıb.Tezliklə dövlət sənədlərində saxtakarlıq edənlər və bu saxtakarlıqlara hansısa səbəbdən göz yumanlar, ikitərəfli işləyən vəkillər, ümumiyyətlə, bütün cinayətkar qrup öz cəzasını alacaq”.
F.İsmayılov bildirib ki, Azərbaycan Respublikasının gözəl qanunları var. Ancaq bəzi dövlət məmurları bu qanunlara məhəl qoymur, əhəmiyyət vermirlər:

“Ulu Öndərimiz Heydər Əliyevin gözəl bir kəlamı var: “Dövlət iki halda dağılır – “Günahsıza cəza veriləndə və günahkar cəzasız qalanda”. Belə məsuliyyətsiz, öz istəkləri naminə heç nədən çəkinməyən məmurlar minbir zəhmətlə qurulmuş dövlətimizi dağıtmağa çalışırlar. Ancaq əminəm ki, dövlət başçımız və vitse-prezidentimiz heç vaxt buna yol verməyəcək və bütün günahkarlar layiqli cəzalarını alacaqlar”.sherg.az

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR