Bakıda məşhur kosmetika zavodu yanır – VİDEO – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlaması barədə məlumat daxil olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerinə gedib. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

**
16:42
Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən “Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

BAKU.WS-un görüntülərini təqdim edirik:

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR