Baş həkimin oğlu adam vurdu, işçiləri qəzaya düşdü

Qəza nəticəsində çoxlu sayda tibb işçisinin xəsarət aldığı bildirilir

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından gələrkən qəzaya uğrayıblar. Avtosfer.az xəbər verir ki, Hadisə sentyabr ayının 19-da baş verib. Maraqlısı isə həm də odur ki, tibb işçiləri pambıq yığımına xəstəxananın təcili yardım maşını gediblər. Qəza tibb işçiləri panbıqdan qayıdan zaman baş verib.

Qəza nəticəsində çoxlu sayda tibb işçisinin xəsarət aldığı bildirilir.

Hadisəni Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasından Axar.az-a təqdiqləyiblər. Xəstəxanadan verilən məlumata görə, yaralılar arasında ölən olmayıb:

“Yaralılardan birinin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsindədir. Digər bir nəfərin vəziyyəti də bir qədər ağırdır. Palataya köçürülüb, müalicəsi davam edir. Xəsarət alanların bəziləri evə buraxılıb. Bəzi yaralıların isə müalicələri davam etdirilir”.

Qeyd edək ki, sentyabr ayının 18-də sözügedən xəstəxananın baş həkimi Nizami Mehdizadənin oğlu da Bakıda qəza törətmişdi. Məlumata görə, Teymur Əliyev küçəsində 10 ST 908 dövlət qeydiyyat nişanlı “Leksus” markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurmuşdu. Nəticədə ağır xəsarət alan piyada dünyasını dəyişmişdi. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR