FHN zirzəmidə qalmış uşağı xilas etdi

Gəncədə zirzəmidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı zirzəmidə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açıb və uşaqı aidiyyəti üzrə təhvil veriblər.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR