İŞİD-in daha bir hücumu dəf edildi – VİDEO

Suriya hökumət qüvvələri İŞİD-in strateji əhəmiyyətli təchizat marşrutu sayılan Deyr-əz-Zor-Palmira şossesinə hücumunun qarşısını alıb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçular şiddətli döyüşlərdə itki verərək geri çəkilib. Xatırladaq ki, Suriya ordusu 5 sentyabrda başlayan əməliyyat nəticəsində şəhəri üç illik blokadadan çıxarmağa nail olub.

Bununla da Palmira ilə bu şəhəri birləşdirən əsas yol mühasirədən azad edilib, bununla da ordu Fərat çayınadək irəliləyib. Qeyd edək ki, Suriyada müharibə 2011-ci ilin martında başlayıb.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR