Nazirlikdən XƏBƏRDARLIQ – Hava kəskin dəyişir

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən nəlumatına görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Xəbərdarlığa gəlincə, oktyabrın 2-dən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Azərbaycanın rayonlarında  hava şəraiti əsasən yağmursuz. Lakin gündüzdən bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

Oktyabrın 1-i günün ikinci yarısından 05-dək ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR