Özünü asan qızı polis mayoru ipdən xilas etdi – Ağdamda – FOTO

Qızın anası daxili işlər nazirinə təşəkkür məktubu göndərib

Ağdam rayonu, 4 yol qəsəbəsi sakini Mehriban Baxşəli qızı Fərzəliyeva daxili işlər naziri, general-polkovnik Ramil Usubova təşəkkür məktubu göndərib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib. Mehriban Fərzəliyeva nazirə müraciətində bildirib ki, bu il mayin 12-də 41 yaşlı qızı İlhamə Məmmədova özünü kəndirlə asmaqla intihara cəhd edib. Lakin Ağdam rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Niyaz Bayramov cəldlik və çeviklik göstərərək onu xilas edib: “Bu səbəbdən də, cənab nazir, sizə və Ağdam rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımova minnətdarlığımı bildirirəm ki, Niyaz Bayramov kimi təcrübəli əməkdaşlarınız var. Mən fəxr edirəm ki, mənim polisim məni qoruyur”.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR