Yaşayış ərazisinə şlaqbaum çəkildi, məhəlləyə giriş müşgülə çevrildi

Hadisə Bakı şəhəri, Yasamal Rayonu 528-ci məhəllənin ərazisində baş verib.

Bununla əlaqədar Zaur Nəcəfov adlı şikayətçi Cebhe.info-ya məlumat verib. Şikayətçinin sözlərinə görə, yaşadığı Yasamal rayonu 528-ci məhəllənin girişlərinə şlaqbaum çəkilib:

 

“Avqustun 12-dən etibarən yaşadığımız məhəllənin iki girişinin qarşısına şlaqbaum qoyulub. Bu şlaqbaumlar əhalidən yığılan vəsait hesabına alınıb. O vaxtdan başlayaraq, Ələsgər Ələkbərov və Məmməd Rahim küçəsinə baxan girişlər bağlanıb. Məsələ ilə əlaqədar olaraq, bir neçə quruma, Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Naizrliyi, Daxili İşlər Nazirliyinə də müraciət etmişəm. Daha sonra MKİS-dən zəng edilərək bildirildi ki, şikayətimi geri götürüm.

Bildirdim ki, yollar bağlandığı üçün təcili yardım, FHN maşınları gəlməli olarsa, məhəlləyə daxil ola bilməyəcəklər. Guya deyirlər ki, şlaqbaumların çəkilməsində məqsəd Vergilər Nazirliyinin əməkdaşlarının avtomobil vasitələrinin əraziyə daxil olmasının qarşısını almaqdır. İş saatı bitdikdən sonra şlaqbaumların biri açılır. Başqa bir yol var, məhəlləyə nisbətən uzaqdır, avtomobillər o istiqamətdən istifadə etməklə məhəlləyə daxil ola bilər”.

Şikayətçinin sözlərinə görə FHN-dən gələn məlumata görə şlaqbaumun qoyulması qanunsuz deyil: “Ötən gün icra hakimiyyətindən şikayətimə rəsmi cavab gəlib. Bəzi qurumlar bu məsələyə baxmaq istəmir. Məsələni polisə yönəldirlər”.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR