ASAN Xidmətə gələn 20 yaşlı oğlandan görün nə tapıldı

Sumqayıtda 20 yaşlı oğlandan avtomat patronları götürülüb.

Lent.az xəbər verir ki Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları şəhərdəki ASAN Xidmət mərkəzində texniki nəzarət detektorundan keçən Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Muradov Səbuhi Müşviq oğlunun üzərində patronların olduğunu müəyyən ediblər. 20 yaşlı Səbuhi üzərindəki  8 ədəd avtomat patronu ilə birgə hadisə yerinə dəvət olunmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR