AŞPA prezidenti postuna iki namizəd irəli sürüldü

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti postuna namizədlərin adları açıqlanıb.

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Stella Kiriakides  və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb.

AŞPA-nın qaydalarına uyğun olaraq təşkilatın prezidenti oktyabrın 9-da Strasburqdakı payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək.

Qeyd edək ki, AŞPA prezidenti Pedro Arqamunt dünən istefa verib. Hazırda assambleyanın prezidenti vəzifələrini Rocer Qeyl icra edir.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR