“Atletico” – “Qarabağ” oyununa qonaqlar üçün ayrılan biletlər tam satılıb

Çempionlar Liqasında İspaniya “Atletico”su ilə səfər matçı üçün “Qarabağ” azarkeşlərinə ayrılan biletlərin hamısı satılıb.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisinə təqdim olunan 300 bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək “Atletico” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bakıda keçirilən oyunda hesab açılmamışdı.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR