Bələdiyyə işçisinin İcra Başçısına yazdığı məktub

Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı A.A.Qasımova

ƏRİZƏ

Mən 18.01.2016-cı ildən  28.06.2017-ci ilədək Nizami Bələdiyyəsində işləmişəm. Aylıq plan ödənişinə görə mənim işimə xitam verdilər. Məndən aşağı plan ödəyənlər illərdir hələ də işləyirlər. Komisiya Sədri Heydər müəllim mənə dedi ki,sədr səni işdən çıxartmaq istəyir. Ağsaqqalına de sədirmizə zəng vurub xaiş eləsin ki, çıxartmasınlar işdən. Sədr deyib ki, icra başçısı Arif Qasımov bildirib: kim  planı ödəyə bilmir işdən çıxardın. Bu sözləri sədr Vüqar Quliyev bir neçə dəfə iclaslarda sizin adınızla müfəttişlərə deyib: İcra başçısı bizdən plan tələb edir. Plan ödəməyən işdən çıxardılsın.

Mən isə Heydər müəllimə dedim ki, Arif müəllim inanmıram bu sözləri desin. Sizlər Arif Qasımovun adıyla deyirsiz. Mənim sözümdən sonra bir ay keçməmiş işdən çıxartdılar. Sizin qəbulunuza gəlmişdim, buraxmadılar -Nizami rayonunun sakini olmadığım üçün.  İyirmi ilə yaxın Nizami rayon sakini olmuşam. İşə qəbul olanda həmin rayonun sakini idim. İşdən çıxartmamış şəxsiyyət vəsiqəmin sürətinə də alıb baxmışdılar. Sonradan Vüqar Quliyev məni qəbul eləmədi ki, sən bizim rayon sakini deyilsən.

Mən ixtisasca memaram. Sənətimin öhdəsindən layiqincə gəlirəm. Bir neçə ildir Bələdiyyədə memar yeri boşdur. Hal-hazırda vakansiya var. Sizdən xaiş edirəm ki, ixtisasım üzrə Bələdiyyədə işləməyə mənə kömək edəsiniz.

Hörmətlə,   

Əmrahov Elxan Əli oğlu

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR