Bakıda sakinlər etiraz edir: “Azərsu” əkdiyimiz ağacları sulamağa imkan vermir

Bakının Nizami rayonunda Q.Qarayev pr. 38 saylı binanın sakinləri əkdikləri ağacları sulamaqda çətinlik çəkirlər.

Bu barədə BAKU.WS-ə bina sakinləri məlumat veriblər.

Sakinlər qeyd edir ki, binanın həyətində 20-dən çox ağac əkiblər və onları əkməkdə heç bir dövlət qurumu kömək etməyib:

“İndi həmin ağaclar susuzluqdan quruyur. Nə “Azərsu”, nə Yaşıllaşdırma idarəsi, nə də digər yerli qurumlar bu məsələ ilə maraqlanmır”

Sakinlərin sözlərinə görə, “Azərsu” ASC-nin əməkdaşları ağacları sulamaq üçün su xəttini çəkməkdən imtina edir və ağaclara istifadə olunan suyun dəyərini sakinlərin ödəməsini tələb edir.

Bina sakinləri məsələnin həlli ilə bağlı prezident İlham Əliyevə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova və “Azərsu” ASC-yə ərizə ilə müraciət edib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR