Dünyanı bürümüş müsəlman ermənilər

Ermənistan hökumətinin yeni hücum layihəsi

İslamı qəbul etmiş erməniləri (belələri də varmış) xristian kilsəsinə qaytarmaq olarmı? Bu məsələ erməni mətbuatında güclü şəkildə təbliğ edilir ki, oxucuların başını nə iləsə qatsınlar, onlar da gündəlik çörək barədə ağır düşüncələrdən, Serj Sarkisyanı prezidentlikdən qovmaq barədə siyasi iddialardan əl çəksinlər.

Ekspertlər, o cümlədən Ermənistanı diaspora naziri iddia edirlər ki, müsəlman ermənilər dünyada həddindən çoxdurlar. Ancaq o bədbəxtlər “böyük erməni millətinə aid olma xoşbəxtliyindən” xəbərsizdirlər.

Paradoksdur, ekspertlər bilir, onlarsa yox. Dünyada nə qədər müsəlman erməni var – dəqiq bilən yoxdur. Amma İrəvanda düşünürlər ki, onlar Türkiyədə, İran Kürdüstanında və başqa ölkələrdə həddindən çoxdurlar. Bu sırada nədənsə başqa ölkələrin adlarını çəkmirlər. Yəqin xarakterik sifət quruluşları olmasa idi, İrəvan ekspertləri çoxdan ehtimal edərdilər ki, çinlilərin də çox hissəsi ermənidir.

Ermənistanın diaspor işləri üzrə naziri çoxdan özü üçün qərara alıb ki, dünyada 2 milyondan çox müsəlman erməni var. Amma bu barədə onların özləri bir şey bilmirlər. İrəvan məmurları bilirlər, amma bununla bağlı heç bir izah vermirlər.

İndi əsas məsələ – erməni müsəlmanları xristianlığa necə qaytarmaqla bağlı sual açıq qalır. Türkiyədə, İran Kürdüstanında evlərə gedib soruşmayacaqlar ki, nəslində erməni varmı? Belə sualı verənləri alınından vura bilərlər.

Ona görə yerli erməni KİV-lərində dərc olunan belə cəfəngiyyatlarla insanları gündəlik problemlərdən yayındırmağa çalışırlar ki, xristian Ermənistanında birtəhər dözə bilsinlər.istipress.com

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR